2009 - İdeya sizdən - dəstək bizdən
5th Barama Hackathon Spring Edition

5th Barama Hackathon Spring Edition

17 Aprel 2018

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank-ın dəstəyi ilə gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2018” layihəsinə start verib.

Bütün dünyada “Hackhaton”lar adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Burada proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılması; həmçinin Azercell dükanlarında aktivləşdirilə biləcək e-izləmə xidməti üzrə nəzərdə tutulmuş proqram təminatı üçün ağıllı, səmərəli, işləyən və funksional həll yolunun tapılması. 15 komandanın mübarizə aparacağı yarışa 5 May saat 09:00-da start veriləcək. 36 saat davam edəcək yarış 6 May saat 21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan platformalar 10 may tarixində münsiflər heyətinə təqdim olunacaq. I yerin qalibi rəqəmsal məhsulun hazırlanmasına və Azercell-də tətbiqinə görə şirkətlə 5000 AZN dəyərində müqavilə imzalamaq şansını qazanacaq. II və III yerin qalibləri isə PAŞA Bank və Barama tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

36 saat ərzində iştirakçıların Tibbi siğortası PAŞA Siğorta şirkəti tərəfindən təmin ediləcək.


Müsabiqədə iştirak etmək istəyən proqramçılar 02.05.2018 tarixinə qədər hackathon.barama.az saytına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.

 

Layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi, tədbirin Media dəstəyi  isə technote.az portalı və Barama Media tərəfindən təmin ediləcək.

Oxşar Məlumatlar

Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi
17 May 2018
Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi
Ətraflı
36 saatlıq kod marafonu
05 May 2018
36 saatlıq kod marafonu 'Barama Hackathon 2018' başladı
Ətraflı
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26 Aprel 2018
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Ətraflı