2009 - İdeya sizdən - dəstək bizdən
Azercell-in Barama İnnovasiya Mərkəzi yeni “eTədris” layihəsini təqdim etdi

Azercell-in Barama İnnovasiya Mərkəzi yeni “eTədris” layihəsini təqdim etdi

23 Oktyabr 2012

Oktyabrın 23-də Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi daha bir layihəni gənclərin ixtiyarına verib. “eTədris” adlanan layihənin məqsədi  www.etedris.az internet portalı üzərindən informasiya texnologiyaları sahəsində tədrisi təklif etmək məqsədi daşıyır. Bu layihə çərçivəsində hər kəs onu maraqlandıran İT istiqamətləri üzrə öz biliklərini artırmaq imkanı əldə edəcək. Məlumat üçün bildirək ki, layihə çərçivəsində Azərbaycan dilində İT sahəsinə aid elektron məlumatlar hazırlanaraq portalda yerləşdiriləcək, təlimçilərlə müxtəlif mövzular barəsində video konfranslar təşkil ediləcək, elmi məqalələr və elmi işlər üzrə materiallar da saytda  yerləşdiriləcək.

 Qeyd edək ki, üç  ildən çoxdur açılan Barama İnnovasiya Mərkəzi İT sahəsindəki gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verir. Bu müddət ərzində mərkəzin ofisində müxtəlif proqramlar həyata keçirilib, onlarla gənclər hər gün yenilənən texnologiyalar sahəsində biliklərini artırmaq, təcrübə toplamaq imkanı qazanıblar. Barama İnnovasiya Mərkəzində il boyunca layihə və ideyalar qəbul edilir, bəyənilən təşəbbüs müəlliflərinə onların gerçəkləşdirmək imkanı yaradılır.

Oxşar Məlumatlar

Barama məktəblilər üçün yeni layihəyə başlayır
21 Dekabr 2017
Barama məktəblilər üçün yeni layihəyə başlayır
Ətraflı
Elm və Texnologiya Sahibkarlığı Proqramı yenidən başlayır
11 Mart 2013
Elm və Texnologiya Sahibkarlığı Proqramı yenidən başlayır
Ətraflı
Google şirkətinin nümayəndəsi ilə görüş keçirildi
24 Yanvar 2013
Google şirkətinin nümayəndəsi ilə görüş keçirildi
Ətraflı