2009 - İdeya sizdən - dəstək bizdən
Barama “Gələcək üçün Startup” layihəsində əsas tərəfdaş kimi çıxış edib

Barama “Gələcək üçün Startup” layihəsində əsas tərəfdaş kimi çıxış edib

22 Fevral 2018

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startupların inkişafına dəstək verməkdə davam edir.  Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi “Gələcək üçün Startup” layihəsində əsas tərəfdaş kimi çıxış edəcək.  Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startup ekosisteminin inkişafına təkan verməkdən ibarətdir. 2, 5, 6 mart tarixlərində ADA Universitetində layihə çərçivəsində təşkil olunacaq intensiv təlim və innovasiya konfransı iştirakçılar üçün ideya mərhələsindən başlayaraq real startup layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaradacaq. Martın 2-də 16-25 yaş arası gənclərin iştirakı ilə baş tutacaq təlimdə təhsil, ətraf mühit, enerji, qida və turizm istiqamətləri üzrə fikir mübadiləsi aparılacaq biznes layihələr hazırlanacaq. 5 mart tarixində isə sahibkarlıq, innovasiya və startup sahəsinə marağı olan istənilən şəxslər konfransda iştirak edə biləcək. Konfransda bir sıra ölkələrdə startup ekosistemin yaradılmasında iştirak edən beynəlxalq ekspert Tal Katran iştirakçılarla peşəkar təcrübəsini bölüşəcək.

 

Tədbirin gedişatı haqqında ətraflı məlumat daima tədbirini veb səhifəsinə (events.ja-azerbaijan.org) yerləşdiriləcəkdir.

 

Qeydiyyat üçün link : http://events.ja-azerbaijan.org/register.php

 

 

Oxşar Məlumatlar

Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi
17 May 2018
Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi
Ətraflı
36 saatlıq kod marafonu
05 May 2018
36 saatlıq kod marafonu 'Barama Hackathon 2018' başladı
Ətraflı
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26 Aprel 2018
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Ətraflı