2009 - İdeya sizdən - dəstək bizdən
Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır

Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır

02 Aprel 2018
30 mart 2018-ci il tarixdə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda tədbir keçirilib.
 
Tədbirdə dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, biznes inkubatorların iştirakçıları, startap nümayəndələri və bu sahədə ixtisaslaşmış ekspertlər iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə davam etdirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafının təmin edilməsi üçün həyata keçirilən kompleks tədbirlər, sistemli və ardıcıl islahatlar barədə məlumat verib. Bildirilib ki, biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq komissiya yaradılıb.
 
Tədbirdə Barama İnnovasiya və Sahibkarliq mərkəzinin uğurlu startuplarin "Green Baku", "WakeMeUp" və "Sumaks" haqqında təqdimatlar edilib.
 
Sonda, Barama Innovasiya və Sahibkarliq mərkəzi dahil olmaqla 18 biznes inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb.
 
 

Oxşar Məlumatlar

“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26 Aprel 2018
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Ətraflı
5th Barama Hackathon Spring Edition
17 Aprel 2018
5th Barama Hackathon Spring Edition
Ətraflı
"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
12 Aprel 2018
"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
Ətraflı