2009 - İdeya sizdən - dəstək bizdən
Elm və Texnologiya Sahibkarlığı Proqramının qalibləri mükafatlandırıldı

Elm və Texnologiya Sahibkarlığı Proqramının qalibləri mükafatlandırıldı

10 Dekabr 2012

Bu ilin may ayından etibarən başlanmış və Azercell-in Barama İnnovasiya Mərkəzi ilə ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun birgə dəstəyi ilə baş tutan müsabiqənin finalı keçirilmişdir. Müsabiqə Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) adlanaraq Azərbaycanda sahibkarlığa və start-up layihələrinə dəstəyi təşviq etmək məqsədini daşımışdır.

Ötən 6 ay ərzində layihə iştirakçıları informasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekolojı) texnologiyalar sahəsində özlərinin biznes planlarını inkişaf etdirərək qrant qazanmaq üçün müraciətlər hazırlamışlar. Keçirilən treyninqlərdə Tədbirdə ABŞ-dan olan və yerli ekspertlər informasiya texnologiyaları sahəsinə aid müxtəlif hesabatlarla çıxış edərək, öz təcrübələrini bölüşmüşlər. Müsabiqəyə ümumən 70-dən artıq müraciət daxil olmuş, sonuncu mərhələyə isə 12 layihə vəsiqə qazanmışdır.

Dekabrın 7-də keçirilən mərasimdə Azercell şirkətinin prezidenti Kiril Qaburiç iştirak edərək Azercell-in bundan sonra da bu xarakterli layihələrə dəstək verəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradılmasında Azercell-in Barama İnnovasiya Mərkəzinin rolu böyükdür. Tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarə rəisi cənab Ə. Təmirov çıxış etmiş və qalibləri təbrik etmişdir.

Müqayisəvi dəyərləndirmə əsasında 1-ci yeri “Intellektual Bağban” layihəsinin müəllifi Kamran Səmədli, 2-ci yeri “e-Bilik.az” layihəsinin rəhbəri Rəna Əhmədova, 3-cü yeri “İnternet satış portalı” layihəsinin rəhbəri Arif Cavadov, 4-cü yeri isə “Şəhər Bələdçisi” layihəsinin müəllifi Rüfət Babakişiyev qazandılar. Bundan əlavə daha bir layihənin müəllifi Teymur Kuseba ABŞ-ın məşhur universitetlərində təcrübə keçmək üçün qranta layiq görülmüşdür.

Qeyd etmək istərdik ki, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu qrantlar, texniki resurslar və təlimlər vasitəsi ilə  beynəlxalq elmi və texniki əməkdaşlığa yardım etmək məqsədilə 16 il boyunca 30 –dan çox Avrasiya, Orta Şərq, Şimali Afrika, Cənubi ölkələrində texnoloji layihələrin keçirilməsində təcrübəyə malikdir. Azercell-in Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir.

Oxşar Məlumatlar

Barama məktəblilər üçün yeni layihəyə başlayır
21 Dekabr 2017
Barama məktəblilər üçün yeni layihəyə başlayır
Ətraflı
Elm və Texnologiya Sahibkarlığı Proqramı yenidən başlayır
11 Mart 2013
Elm və Texnologiya Sahibkarlığı Proqramı yenidən başlayır
Ətraflı
Google şirkətinin nümayəndəsi ilə görüş keçirildi
24 Yanvar 2013
Google şirkətinin nümayəndəsi ilə görüş keçirildi
Ətraflı