2009 - İdeya sizdən - dəstək bizdən
"Kiçik sahibkarlığa böyük addımlarla” layihəsinin “Bloqinqin Əsasları” mövzusunda seminar keçirilib.

"Kiçik sahibkarlığa böyük addımlarla” layihəsinin “Bloqinqin Əsasları” mövzusunda seminar keçirilib.

03 Aprel 2018

"Kiçik sahibkarlığa böyük addımlarla” layihəsinin “Bloqinqin Əsasları” mövzusunda seminar keçirilib.
04 aprel 2018-ci il tarixində “Üçüncü Bahar” çərçivəsində “Barama İnnovasiya Mərkəzi”-nin dəstəyi ilə “Kiçik sahibkarlığa böyük addımlarla ” layihəsinin davamı olaraq “Bloqinqin əsasları” mövzusundə seminar keçirilmişdir. 
“Kiçik sahibkarlığa böyük addımlarla ” layihəsinin əsas məqsədi təqaüd yaşına çatmış şəxslərin bu yaşa qədər əldə etdikləri bilik və bacarıqlarından istifadə edərək, yeni texnologiyalar vasitəsi ilə kiçik sahibkar kimi fəaliyyət göstərmək və şəxsi gəlirlərini əldə etməkdir. 17 nəfər təqaüdçünün iştirakı ilə həyata keçirilən seminarda onlayn qeydiyyat və satış imkanları haqqında ətraflı məlumat verilmişdir. 
Qeyd edək ki, “Üçüncü Bahar” sosial layihəsinin əsas məqsədi ətrafında təqaüd yaşına çatmış insanları toplamaq, onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə müxtəlif məzmunlu tədbirlərin təşkilini həyata keçirməkdir.
Seminarın keçirilməsində töhvəsinə görə Aysel Ağayeva-Mirzoyevaya dərin təşəkkürümüzü bildiririk.

Oxşar Məlumatlar

“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26 Aprel 2018
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Ətraflı
5th Barama Hackathon Spring Edition
17 Aprel 2018
5th Barama Hackathon Spring Edition
Ətraflı
"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
12 Aprel 2018
"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
Ətraflı