2009 - İdeya sizdən - dəstək bizdən
“Science via Media” layihəsinin mükafatlandırma mərsimi baş tutmuşdur!

“Science via Media” layihəsinin mükafatlandırma mərsimi baş tutmuşdur!

19 Fevral 2018

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell  və  Paşa Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans  olan "Science via Media" layihəsi uğurla tamamlanmış və qaliblərə mükafatlar təqdim edilmişdir. Qaliblərin məyyən edilməsi Youtube  kanalı və münsiflər tərəfindən verilən ballar əsasında müəyyən olunub.

Barama İnnovasiya Mərkəzinin direktoru İmran Bağırov və Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova tədbirin əvvəlində  çıxış edərək "Science via Media"nın gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcəyini, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək  gəncliyin, həm də ümumi toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəyini qeyd etmişlər.

Həmçinin, 19 Fevral 2018 tarixində Bakı Dövlət Universitetində baş tutan bağlanış mərasmində “Technote” startupının rəhbəri Fərid Pərdəşünas, Jurnalistika fakultəsinin dekanı Vüqar Əliyev və tanınmış aktyor, video bloger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirə də rellaşıb. Müzakirələr zamanı tələbələrə mediada startuplar, yeniliklər haqqında təcrübədən doğan məlumatlar verilərək, onların sualları cavablandırılıb.

 Sonda “Science via Media”nın qalibləri 1-ci yerin sahiblərin Nigar Abbasova və Vüsalə Hacıyeva “X(Məchul)” mövzusunda çəkdiyi video çarxla, 2-ci yerin sahibləri Ayna Zərbəliyeva və Çiçək Məmmədova “Genetik Yaddaş” mövzusunda çəkdiyi video çarxla və 3-cü yer isə  Nurlan Salamov “Klonlama” mövzusunda hazırladığı video-çarxla qalib olmuşdur.

Qeyd edək ki,  "Science via Media" layihəsi yarış formatında baş tutmuş və layihə elmi  izahların media dilində topluma çatdırılmasıyla  gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyərək 5 mövzuda gənclərdən iştirakçı qismində videolar qəbul etmişdir.

Oxşar Məlumatlar

Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi
17 May 2018
Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi
Ətraflı
36 saatlıq kod marafonu
05 May 2018
36 saatlıq kod marafonu 'Barama Hackathon 2018' başladı
Ətraflı
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26 Aprel 2018
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Ətraflı