2009 - İdeya sizdən - dəstək bizdən
WakeMeUp

WakeMeUp

Ətraflı məlumat

Hər il yüz mindən artıq insan sükan arxasında yuxuya gedərək qəza törədir. WakeMeUp, xüsusi olaraq hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını alan yeni və əvəzedilməz texnologiyadır. Göz qapağının hərəkətinə əsaslanan qurğu insanın yatılı və yaxud oyaq olmasını müəyyən edir. Əgər göz qapağı iki saniyədən artıq qapalı olarsa, bunu müəyyən edən sensor dərhal xüsusi alqoritm ilə işləyən emal qurğusuna məlumatı göndərir. Emal qurğusu sensordan gələn siqnalı qəbul edərək 1 saniyə belə gecikmə olmadan eynək üzərində yerləşdirilmiş səs və vibrasiya sensorlarını işə salır. İnsan oyanaraq işinə davam edir. Hər dəfə yatmaq təhlükəsi yarananda cihaz bunu müəyyən edərək təhlükələrin qarşısını alır.

Komanda

  • Şahin Xəlilov Şahin Xəlilov Direktor, Həmtəsisçi
  • Alim Babazadə Alim Babazadə Texniki direktor, Təsisçi
  • Taleh Qurbanzadə Taleh Qurbanzadə Proqram təminatı, Həmtəsisçi
  • İdrak Əsədbəyli İdrak Əsədbəyli Aparat təminatı, Həmtəsisçi