Barama Biz. "Appol-Ustad"- Şahin Abdurəhimov

 Şahin Abdurəhimov  23.10.1980-ci ildə Ağdaş şəhərində anadan olub. Orta məktəb təhsilini  Ağdaş rayonunda  almış, daha sonra Azərbaycanda universitetlərə qəbul imtahanında 1-ci qrup  1-cisi olaraq, Ankara “Orta Doğu Texniki Universiteti”-də “Bilgisayar Mühəndisliyi” fakültəsini daxil olmuşdur. Ali təhsilini bitirdikdən sonra İstanbulda “Gantek” şirkətində işləmişdir. Artıq 8 ildir ki, Ekspert mühəndis kimi Azercell-də fəaliyyətini davam etdirir. Həmçinin mobil proyektlər üzrə mütəxəssisdir.

“GoogleDevelopment Group”-un təşkil etdiyi “Android Erası 2” yarışmasında 2-ci yer tutmuşdur. Eyni zamanda Şahmat ilə yaxındanmaraqlanır və Şahmat olimpiyadasında iştirak etmişdir. "Appol-Ustad" layihəsi "Yeni fikir 2015" müsabiqəsində finalist, "Startup Azərbaycan 2015" müsabiqəsində isə qalib olmuşdur. 

 

1. Layihəniz insanlara nə verəcək? – “­­­Appoll-Ustad” layihəsi öyrətmək və ya tez bir zamanda effektiv öyrənmək arzusunda olanlar arasında yeni kommunikasiya vasitəsidir. Bu layihə insanlara yeni biliklər qazandıracaq.

2.Nəzərdə tutulan hansı yeniliklər var? -  Hal-hazırda android tətbiqimiz üzərində işləyirik və yaxın vaxtlarda ilk prototip tətbiqimizi “Google Play”-də görəcəksiniz.

3.Fərqlənmək üçün nə edirsiniz və yaxud sizin fərqiniz nədir?  - Əsas fərqimiz tətbiqlər sahəsində böyük təcrübəmizin olmağıdır. Bizim əvvəlki tətbiqlərimizin yüklənmə sayı 200 mindən çoxdur.

4. Barama sizin üçün nədir? - Barama bizim üçün əhəmiyyətli bir təkandır və Barama vasitəsi ilə qısa vaxt ərzində qlobal bazara çıxış imkanımız olacaq.

5.  Kollektiviniz haqqında nə deyə bilərsiz?   - Komanda üzvlərimiz hər biri öz sahəsində ekspert səviyyəsində olan professionallardır.

6.Bir baramaçı kimi özünüzü necə xarakterizə edərsiniz? - Dəqiq və gördüyümüz işin çox keyfiyyətli olmağı üçün çox çalışıram.

7.  Əsas məqsədiniz və hədəfiniz nədir? - Əsas məqsədimiz insanların təhsil səviyyəsini yüksəltməklə yanaşı öz bisnesimizi qurmaqdır.

8. Sizcə bir komandanı komanda edən nədir? Və komanda üzvünü və liderini yaxşı edən əsas cəhət nədir? - Komanda gördüyü işə məsuliyyətlivə ciddi yanaşmalıdır. Lider də həmişə komanda üzvlərinin məsuliyyətini daşımalıdır, işlərin planlanmasını ən effektiv şəkildə görməlidir və komandanın motivasiyasının yüksəldilməsinə əhəmiyyət verməlidir.

9. Beş ildən sonra özünüzü harda görürsünüz? - Beş ildən sonra qlobal bazarda olacaq bir şirkətin rəhbəri olmağı ümid edirəm və bunun üçün çalışıram.

10.  Sizi motivasiya edən amil hansıdır?- Motivasiya edən amil qlobal bazara çıxış imkanlarının olmağıdır

 

Turac Teyyubqızı
Facebook şərh sistemi