Barama Biz. "Barama TV"- Kamil Əmirli

Kamil Əmirli 1994-cü ildə Göyçay şəhərində anadan olub. 2012-ci ildə Bakı şəhərində G.Əsgərova adına 200 saylı məktəb-lisey kompleksini bitirib. Həmin il Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə qəbul olub. 2013-cü ildən etibarən müxtəlif xəbər saytları  və agentliklərlə əməkdaşlıq edir, eyni zamanda müstəqil foto-jurnalistdir. 2014-cü ildən etibarən müxbir işləyib. Hazırda “Barama media” layihəsində videographer olaraq Barama-da iştirak edir.

 

1. Layihəniz insanlara nə verəcək? - "Barama media" komandası olaraq İKT və buna yaxın sahələri əhatə edən video-reportajlar hazırlayırıq.  İlk olaraq digər Barama layihələrinin tanıtım videolarını hazırlamışıq.

 

2. Nəzərdə tutulan hansı yeniliklər var? - Çəkiliş planımızda bir sıra innovativ verilişlər, müsahibələr və öyrədici videolar var.Tezliklə bunları sosial şəbəkələrdə paylaşacağıq.

 

3. Fərqlənmək üçün nə edirsiniz və yaxud sizin fərqiniz nədir? - Əsas fərqimiz işini bilən, yaşına görə praktikası çox olan və kreativ gənclərlə işləməyimizdir.Bunu da bacardığımız qədər materiallarımızda əks etdirməyə çalışırıq.

 

4. Barama sizin üçün nədir? - Barama mənim üçün rahat işləyəcəyim, işlərimi uğurla görəcəyim, vacib görüşlərimi, təlimlərivə s. keçirəcəyim, eləcə də kreativ şəxslərin bir arada olduğu əla məkan.

 

5.  Kollektiviniz haqqında nə deyə bilərsiz? - "Barama media" kollektivi çox da böyük deyil, amma maraqlı, istedadlı və kreativ düşüncəli gənclərdən ibarətdir. Belə insanlarla işləmək insanı heç vaxt yormur.

 

6. Bir baramaçı kimi özünüzü necə xarakterizə edərsiniz? - Burada yaradılan şərait və tanış olduğum insanlar sayəsində innovasiya, texnologiya,İKT və bu kimi sahələrlə daha çox maraqlanıram.

 

7.  Əsas məqsədiniz və hədəfiniz nədir? - Məqsədimiz daha da uğurlu işlərə imza atmaq, hədəfimiz isə kiçik də olsa, sırf gənclərdən ibarət TV komandası formalaşdırmaqdır.

 

8. Sizcə bir komandanı komanda edən nədir? Və komanda üzvünü və liderini yaxşı edən əsas cəhət nədir? - Komanda peşəkarlardan, kreativ, ruhu gənc, işinin öhdəsindən uğurla gələ bilən şəxslərdən ibarətdirsə, deməli, o komanda ilə daha böyük işlərə başlamaq olar.

 

9. Beş ildən sonra özünüzü harda görürsünüz? - Daha böyük kollektivlə uğurlu TV kanalı yaratmağı çox istəyərəm.

 

10.  Sizi motivasiya edən amil hansıdır? - Hazırladığımız materialların bəyənilməsi komandaya böyük motivasiya verir və gələcək işlərüçün həvəs və inam yaradır. 

 

 
Turac Teyyubqızı
Facebook şərh sistemi