Barama Biz. “MySim”- Zaur Rəhimov

Rəhimov Zaur Rauf oğlu 1990-cı il iyulun 27-də dünyaya gəlib. 13 yaşından  həvəskar formada vebdizaynla məşğul olub və müxtəlif təcrübələr keçib. 2005-ci ildən özünün də dediyi kimi "yaşından artıq real saytların" hazırlanmasında iştirak edib. Azərbaycan Dövlət Neft Akademiyasının Proqramlaşdırma ixtisası üzrə təhsil alıb. 2009-cu ildə Barama layihəsinə qoşulub. 

1. Layihəniz insanlara nə verəcək? - Layihəmiz insanlara almaq istədikləri hər hansı nömrənin bir neçə saniyə ərzində hansı ünvanda satışda olduğunu öyrənmək imkanını yaradır.

2.Nəzərdə tutulan hansı yeniliklər var? - Nömrənin öncədən sifariş edilməsi xidməti haqqında düşünürük. İstifadəçi satışda olmayan istədiyi nömrəni sayt vasitəsilə bizə sifariş verir və biz bu sifarişi individual yerinə yetirə bilərik. Hal-hazırda bu ideya üzərində iş gedir.

3.Fərqlənmək üçün nə edirsiniz və yaxud sizin fərqiniz nədir? - “Azercell”in bütün nömrə bazasının yalnız bu saytda olmağı artıq digərlərindən fərqlənmək deməkdir. 

4. Barama sizin üçün nədir? - Barama böyük biznesə açılan böyük darvazaların açarıdır. Baramadakı hər şəraitdən, hər bir imkandan istifadə etmək lazımdır.  Baramada  bir növ qalaktikadır, necə ki, hər saniyə qalaktikada yaxınalıqdan meteoritlər keçir eləcə də burada hər dəqiqə yaxınlıqdan biznesin böyüdülməsi, geniş əlaqələr, iş birlikləri üzrə təkliflər ənəsasda müxtəlif ideyalar həmin meteoritlər kimi keçir. Sadəcə diqqətli olub bu imkanları dəyərləndirmək lazımdır.

5.  Kollektiviniz haqqında nə deyə bilərsiz? - Bizim kollektivdə müdir, işçi pozisiyaları yoxdur. Vahid komanda var. Peşəkarlar işləyir. Səbəb isə hər kəsin öz işini sevməyidir.

6.Bir baramaçı kimi özünüzü necə xarakterizə edərsiniz?  - Layihələr o qədər maraqlıdır ki, özüm haqqında düşünməyə vaxtım olmayıb :)

7.  Əsas məqsədiniz və hədəfiniz nədir? - Ən əsas məqsəd yeni layihələrlə qlobal dünyaya çıxmaq.Bundan əlavə digər məqsədimiz komandamızı böyütmək və ölkədən kənarda da fəaliyyət göstərməkdir.

8. Sizcə bir komandanı komanda edən nədir? Və komanda üzvünü və liderini yaxşı edən əsas cəhətnədir? - Komanda ən birinci motivasiya ilə möhkəmlənir. Bundan əlavə burada dostluq münasibəti olmalıdır. Komanda liderini yaxşı edən isə komanda üzvlərinin hər işini qiymətləndirmək, vaxtı vaxtında motivasiya verməkdir. Buproses gündəlik yemək-içmək kimi vaxtı vaxtında olmalıdır. Lider əlbəttə ki, hər hansı bir problem yarandığında operativ həllər fikirləşib təklif etməyi bacarmalıdır.

9. Beş ildən sonra özünüzü harda görürsünüz? - Çox güman ki, böyük bir şirkətin sahibi olacam. Buna heç şübhəm yoxdur.

10.  Sizi motivasiya edən amil hansıdır? - İşlərimizin ətrafdakı insanlar tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi ən gözəl motivasiya amilidir.

Turac Teyyubqızı
Facebook şərh sistemi