Barama Biz. "Səslə kitab"- Əminə İlyaslı

Əminə İlyaslı 1992-ci il oktyabrın 13-də Şəkidə anadan olub. 1999-2010-cu illərdə orta məktəbdə, 2010-2015-ci illərdə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Jurnalist kimi bir neçə saytla əməkdaşlıq etmiş və 2012-ci ildə sayt redaktoru olmuşdur.  Hazırda “ Səslə kitab” layihəsində qiraətçi və koordinator olaraq “Barama”da  iştirak edir.



1. Layihəniz insanlara nə verəcək?-  İnsanlar onlara təklif edilən layihədən özləri üçün lazım olanı alırlar. Biz insanlara texnologiyanın inkişafından bəhrələnərək, hər yerdə kitab oxuma şansını təklif edirik.


2. Nəzərdə tutulan hansı yeniliklər var? – “Səslə kitab” yeni bir layihə deyil. Lakin biz digərlərindən fərqli olaraq, insanların maraqlandığı kitabları daha keyfiyyətli səsyazma ilə reallaşdırıb hazırlayırıq.


3. Fərqlənmək üçün nə edirsiniz və yaxud sizin fərqiniz nədir?– Məncə, oxşar layihələr bir-birilərindən keyfiyyətinə və işçilərin məsuliyyətinə görə fərqlənir. Biz daha məsuliyyətli olmağa, daha mükəmməl kitablar ortaya çıxarmağa çalışırıq.


4. Barama sizin üçün nədir? -  Barama mənim üçün yeni sosial məkan, yeni dostlar və inkişaf prespektividir. 


5. Kollektiviniz haqqında nə deyə bilərsiz? - Səmimi, mehriban, səhvlərini öz daxilində həll etməyə çalışan,  gözəl kollektivdir. Bu kollektivə daxil olduğum üçün özümü xoşbəxt hiss edirəm.


6. Bir baramaçı kimi özünüzü necə xarakterizə edərsiniz? – Tənbəl…


7. Əsas məqsədiniz və hədəfiniz nədir? - Əsas məqsədim insanlara yararlı olacaq layihələrin tərkibində iştirak edib, onlara daha yaxşı imkanlar təklif edə bilməkdir.


8.Sizcə bir komandanı komanda edən nədir? Və komanda üzvünü və liderini yaxşı edən əsas cəhət nədir? – Komandanı komanda edən birlikdir. Bir-birilərinin əl ayağına dolaşmaq əvəzinə, anlaşmaq, səbrli davranmaq insan qrupunu kollektivə çevirə bilər. Qaldı ki, lider, o kollektiv içində daha səbrli olan, hamının istəklərini qarşılayan deyil, hamıya uyğun variantı seçən insandır, məncə.


9. Beş ildən sonra özünüzü harda görürsünüz? - Təhsil aldığım Universitetdə müəllim kimi görürəm. Həmçinin Holdingə çevrilmiş Baramanın bir üzvü kimi.

 

10.Sizi motivasiya edən amil hansıdır? - Dostlarım, uğurlarım, gördüyüm işlərə görə aldığım gözəl rəylər.

Turac Teyyubqızı
Facebook şərh sistemi