Barama-Biz: Sumaks-Cavid Məmmədov

Məmmədov Cavid Xanlar oğlu 1988-ci ildə Göy-Göl rayonunda doğulub. 2006-ci ildə Gəncə şəhəri 2 saylı orta məktəbi bitirib. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqişünaslıq fakültəsində təhsil alıb. Və ixtisas olaraq muğamşünaslıqla məşğul olub. 2011-ci ildə Elvin Cəfərovla Memar-Stone MMC-ni təsis edib və bundan sonrakı fəaliyyətini daha çox tikinti sektorunda davam etdirib. Memar- Stone ile bağlı Azərbaycanda və Qazaxıstanda irili xırdalı bir çox layihələrdə uğurla iştirak edib. Hobbiləri  klassik musiqi və muğam konsertlərinə getmək və basketbol oynamaqdır.

1. Layihəniz insanlara nə verəcək? - Sumaks layihəsi insalara daha təhlükəsiz və daha rahat bir həyat vverə bilər.

2. Nəzərdə tutulan hansı yeniliklər var? - Hal - hazırda Sumaks qazın, suyun təhlükəsizliyi, işığın, qapının uzaq məsafədən idarəedilməsi və təhlükəsizliyi, işıq sərfiyyatına nəzarət sistemlərini hazirlayır. Aprel ayından etibarən isə isitmə və soyutma sistemlərinin hazırlıqlarına başlanılması planlaşdırılır.

3. Fərqlənmək üçün nə edirsiniz və yaxud sizin fərqiniz nədir? - Bizi fərqləndirən ən əsas amil Azərbaycanda ilk yerli istehsal olan Ağıllı Ev sistemləri və təhlükəsizlik sistemlərini yaratmağımızdır.

4. Barama sizin üçün nədir? - Barama mənim üçün yeni biznes imkanları və yeni ideyalar üçün əvəzolunmaz bir məkandır.

5. Kollektiviniz haqqında nə deyə bilərsiz? – Kollektivimizdəki hər kəsi birləşdirən 2 əsas xüsusiyyət var. birincisi öz sahələrinin peşəkarı, ikincisi isə nə istədiyini yaxşı bilən güclü insanlar olmalarıdır.

6. Bir baramaçı kimi özünüzü necə xarakterizə edərsiniz? – Bu suala cavab verməkdə çətinlik çəkirəm.

7. Əsas məqsədiniz və hədəfiniz nədir? - Qarşımıza qoyduğumuz ilk hədəfə, yəni cihazlarımızın ilkin prototiplərinin hazırlanması və müştəri bazasının yaradılması hədəfinə  demək olar ki, çatmışıq. Növbəti hədəflərimiz isə, mart və ya aprel aylarında cihazlarımızın bazara çıxarılması, yəni sistemlərin hazırlanması və işlərimizin yolunda gedəcəyi təqdirdə məhsullarımızı qonşu ölkələrdə də, Azərbaycan məhsulu olaraq satışının həyata keçirilməsinin təmin olunmasıdır.

8. Sizcə bir komandanı komanda edən nədir? Və komanda üzvünü və liderini yaxşı edən əsas cəhət nədir? – Düşünürəm ki, bir komandanı komanda edən əsas məsələ, komanda üzvlərinin hər birinin üzvü olduqları layihənin gələcəyinə ürəkdən inanmaqları, səbrli olmaları və bu layihə üçün edə biləcəklərinin ən yaxşısını etmələridir. Məncə, bu kriteryalar lider və komanda üzvünü xarekerizə edən əsas cəhətlərdəndir.

9. Beş ildən sonra özünüzü harda görürsünüz? - Beş ildən sonra özümü investor kimi görməyi çox istərdim.

10. Və ən çox motivasiya aldığınız iş nədir? – Layihəmizlə bağlı hər hansısa bir müstəri ilə görüşdükdə onların layihə haqqında eşitdikdən sonra verdikləri reaksiya məni işlərimə daha çox motivasiya edir.

Turac Teyyubqızı
Facebook şərh sistemi