Barama Biz. "Sumaks"- Cavid Nadir

          Nadirov Cavid 1992-ci ildə iyunun 19-da Gəncə şəhərində anadan olub. Orta təhsilini 1997-2008 –ci illərdə Gəncə şəhəri 4 nömrəli məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra Türkiyədə  OTDU-ya  daxil olmuş və Biznesin İdarəedilməsi ixtisası üzrə təhsil almışdır. Hazırda Edinburg Universitetində İnsan Resurslarının İdatrəedilməsi ixtisası üzrə magistr təhsili alır. Bir sıra şirkətlərlə əməkdaşlıq etmiş və hazırda Baramada "Sumaks" lahihəsində fəaliyyətini davam etdirir.

 

 

  1.  Layihəniz insanlara nə verəcək? – Lahiyəmiz insanlara daha rahat və təhlükəsiz yaşam verəcək. Bundan başqa bu layihə sadəcə müştəriləri cihazla təmin etməyəcək, eyni zamanda ölkədəki IKT sektoruna və gənc sahibkarlıq sektoruna ciddi təkan verəcək. Belə ki, gələcəkdə export potensialı olan bir məhsul olduğuna görə ümumi “ecosystem”-ə pozitiv təsiri gözlənilir.
  2. Nəzərdə tutulan hansı yeniliklər var? - Bir çox yeniliklər var, komandamızın öncədən də bildirdiyi kimi. Sadəcə onu deyim ki, məhsulun özü və yeni olması elə ən böyük yenilikdir.
  3. Fərqlənmək üçün nə edirsiniz və yaxud sizin fərqiniz nədir? - Bizim fərqimiz daha uyğun qiymətlərə hal-hazırda bazarda olandan daha yüksək texnologiya üzərində qurulmuş fərqli məqsədlər üçün nəzərdə tutulmuş ağıllı ev sistemləri təklif etməkdir. Bundan əlavə yerli məhsul və yerli komanda olması, servisi ələçatan və davamlı edir.
  4. Barama sizin üçün nədir? – Barama ciddi sahibkarlıq həyatıma başlanğıc nöqtəmdir. Türkiyədə təhsilimi bitirdikdən  sonra başqa bir layihəm qəbul olundu və sonra “Sumaks” komandasına qoşuldum. Barama yaradıcı  gənclər üçün inanılmaz bir məkandır. Burada imkan, ofis, network, dəstək, yeni dostlar hər şey qazanmaq olar.
  5. Kollektiviniz haqqında nə deyə bilərsiz?  - Komanda Cavid Məmmədov ilə başladı, sonra Sənan və mən qoşuldum. Komandada gözəl bir anlaşma var. Fikirlər açıq müzakirə olunur və lazımi anda, lazımi şəxs liderliyi üzərinə götürməyi bacarır. Bilik mövzusunda isə söz yoxdur, əlbəttə ki, həm texniki, həm də biznes tərəfindən.
  6. Bir baramaçı kimi özünüzü necə xarakterizə edərsiniz?  - Azad və yaratmağı sevən biri. Çox şey demək olar, amma sahibkar olaraq bu iki söz məncə yetərlidir.
  7.  Əsas məqsədiniz və hədəfiniz nədir? - Əsas məqsədim fürsətləri görüb və düzgün dəyərləndirmək. Bunu edərkən isə insanlar üçün faydalı bir şey yaratmaqdır.
  8.  Sizcə bir komandanı komanda edən nədir? Və komanda üzvünü və liderini yaxşı edən əsas cəhət nədir? - Komandada şəffaflıq, hörmət və düzgünlük olmalıdır. Komanda üzvləri hamının  fikrini dinləməli və birlikdə qərar verməlidirlər. Lider isə lazım olduğu anda hər kəs ola bilər və əsl komanda lideri də bunu görüb və uyğun hərəkət etməlidir. Sevinərək deyə bilərəm ki, bizim komandada bu xüsusiyyətlər var.
  9. Beş ildən sonra özünüzü harda görürsünüz? - Dinamik sahibkarlıq sektorunda. Ancaq beş il proqnoz vermək üçün çox uzun müddətdir. Harada olmaq istərdimə gəlincə isə, hal-hazırda co-founder olduğum iki start-up-dan da uğurlu çıxışlar edib və universitetdə leksiyaçı kimi fəaliyyətimə davam etmək istərdim.
  10.  Sizi motivasiya edən amil hansıdır? -  Yaratmaq istəyi və azadlığımı sevməyim. Bundan başqa ailədən gələn sahibkarlıq təbiəti. Bu düşüncə ilə böyüməyimə səbəb olub.
Turac Teyyubqızı
Facebook şərh sistemi