Barama Biz. "Sumaks"-Sənan Quluzadə
Quluzadə Sənan 1996-cı ildə noyabrın 3-də Bakı şəhərində anadan olub. 2014-cü ildə 297 saylı orta məktəbi bitirib və elə həmin  ildə də Azərbaycan Texniki Universitetinin Avtomatika və kompüter texnikası fakültəsinə daxil olub. Hobbiləri jazz dinləmək və üzgücülükdür.

 

 1. Layihəniz insanlara nə verəcək? - Sumaks layihəsinin tərkibinə ağıllı ev məhsulları və təhlükəsizlik cihazları daxildir.Texnologiyanın əsas məqsədlərindən biri də insanların həyat tərzini daha rahat və təhlükəsiz etməkdi bizdə ilkin mərhələdə cihazlarımızın bu isdiqamətdə olmasını uyğun gördük.Bizim lahiyə təqribən 6 aydı davam edir. Bu zaman ərzində həm texniki komanda, həm də marketing komandası kifayət qədər uğurlu işlər görüb.Təhlükəsizlik cihazlarımız (məsələn qazın təhlükəsizliyi) gələcəkdə bir insanın həyatını xilas etsə belə, məncə, bütün bu əziyyətə dəyər. Təbii ki, bizim məqsədimiz burda bir insanın həyatını xilas etmək deyil baş verən oğurluq, su sızması, dəm və metan qazı sızmalarının qarşısını almaq, yəni nəticə olaraq bir insanın deyil baş verən on minlərlə bu yönümlü qəzalarda zərər çəkən insanların zərərlərini sıfıra endirməkdi.Düşünürəm ki, lahiyəmiz insanlara daha rahat və təhlükəsiz həyat verə bilər.

2. Nəzərdə tutulan hansı yeniliklər var? - Kifayət qədər gərəkli və maraqlı idealarımız var ki, bunları reallaşdırmaq üçün ehtiyacımız olan tək şey zamandı. Aprel ayından etibarən isə isitmə və soyutma sistemlərinin smartlaşdırılması isdiqamətində işlərə başlanılacaq.

3. Fərqlənmək üçün nə edirsiniz və yaxud sizin fərqiniz nədir? - Texniki komandanı təmsil etdiyimdən digər xarici ağıllı ev məhsullarından nə dərəcə qiymət fərqinin olmasından danışmayacam. Bizim fərqimiz cihazlarımızdadır. Baş verən hər hansı bir problem haqqında həmin an müştərilərimiz sms və app vasitəsi ilə məlumatlandırılır və problem ən qısa müddətdə servis xidmətimiz tərəfindən aradan qaldırılılır.

4. Barama sizin üçün nədir?- Barama ilə tanışlığım Sumaks lahiyəsi ilə başladı.Bizə göstərilən biznes imkanları kifayət qədər geniş oldu, məncə, barama olmasa bizim işlərimiz bu tempdə davam etməzdi. Qısaca idealar üçün əvəz olunmaz bir mühit deyə bilərəm.

5.  Kollektiviniz haqqında nə deyə bilərsiz?  - Kollektivlə işləməyin ən gözəl üstünlüklərindən biri daim nəsə öyrənə biləcəyin insanların olmasıdır. Bu həm texniki, həm də marketing sahəsinə aiddir. Kollektivimizdə də hər kəsin öz sahəsində peşakar olması, məncə,  bizim ən üstünlüklərimizdən biridir.

6. Bir baramaçı kimi özünüzü necə xarakterizə edərsiniz? - Bu suala digər komanda üzvləri cavab versə, məncə,daha doğru olar.

7.  Əsas məqsədiniz və hədəfiniz nədir? -  Fikrimcə, artıq bu sualın cavabını birinci sualda yazmışam.

8. Sizcə bir komandanı komanda edən nədir? Və komanda üzvünü və liderini yaxşı edən əsas cəhət nədir? - Bizim komandanın ən bəyəndiyim tərəflərindən  biri vəzifə anlayışının olmamasıdır. Bütün kollektivin bir məqsədi var “Sumaks”ı formalaşdırmaq.Mənə elə gəlir,  elə komandanı komanda edən özəllik budur.

9. Beş ildən sonra özünüzü harda görürsünüz? -  Beş ildən sonra özümü yenə “Sumaks”da görmək istəyirəm, amma bu dəfə “Sumaks”ı şirkət olaraq deyil, Holding olaraq görmək məni kifayət qədər sevindirərdi.

10. Sizi motivasiya edən amil hansıdır? - Ən çox motivasya aldığım işlərdən biri bu lahiyəni kimlərəsə, təqdim edəndə aldığımız reaksiyadır ki, bu bizi həm qürurlandırır, həm də motivasya edir.

Turac Teyyubqızı
Facebook şərh sistemi