BaramaBiz. "BaramaTv"- İlkin Quliyev

İlkin Quliyev 1994-cü il Avqustun 26-da Bərdədə anadan olub. 2000-2011-ci illərdə orta məktəbdə, 2011-2015-ci illərdə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Daha çox fotoqrafiyaya marağı olduğundan, fotojurnalist kimi çalışmış və bir çox saytlarla əməkdaşlıq etmişdir. Hazırda "Barama TV" layihəsində fəaliyyətini davam etdirir.

 

 

1. Layihəniz insanlara nə verəcək? - Düşünürəm ki," BaramaTV" olaraq biz Baramadakı start-upların işlərini cəmiyyətə göstərərək onları tanıtmış oluruq. Bu hər iki tərəf üçün faydalı amildir. Bundan başqa biz gələcəkdə sifarişlər qəbul edərək də, fəaliyyət göstərməyi  və müştərilərimizə daha fərqli tanıtım imkanları yaratmağı planlaşdırırıq.

2.Nəzərdə tutulan hansı yeniliklər var? - Fəaliyyətimizə yeni başladığımız üçün hələ ki, yeniliklər nəzərdə tutulmayıb. Təbii ki, tələbatdan asılı olaraq da yeniliklərimiz olacaq.

3. Fərqlənmək üçün nə edirsiniz və yaxud sizin fərqiniz nədir?- Bizim fərqimiz yaradıcılığımızdadır. Çalışırıq ki, şablon standartlarla çalışmayaq. Daha fərqli baxış açımızı qataq işlərimizə.

4. Barama sizin üçün nədir? - Barama mənim üçün özümü rahat hiss edəcəyim kollektivin yerləşdiyi məkandır. Baramada çox maraqlı bir sistem mövcuddur. Əslində sistemsizlik, yəni anarxiya. Amma bu anarxiya özbaşınalıq deyil.

5.  Kollektiviniz haqqında nə deyə bilərsiz?  - Kollektivimiz tələbələrdən ibarətdir və onların hamısı öz düşüncə tərzləri ilə komandamıza rəng qatırlar. Təcrübəmiz az olsa belə daha yaradıcı yanaşırıq işlərə. Çünki, bu sahədə boşluqlardan xəbərdarıq və təkrar səhvləri etməməyə çalışırıq. Eyni zamanda da, biz çətin vəziyyətlərdən necə asan şəkildən çıxmaq lazım olduğunu gözəl bilirik. Biz tələbəyik axı :) 

6 .Bir baramaçı kimi özünüzü necə xarakterizə edərsiniz? - Məncə, insanın özü-özünü xarakterizə etməsi çox çətin və biraz da lazımsız bir şeydi. Bu suala məndən çox mənim komanda üzvlərim cavab verəbilərlər. Çünki, onlar məni kənardan daha yaxşı görürlər.

7.  Əsas məqsədiniz və hədəfiniz nədir? - Əsas məqsədimiz şirkətləşmək və bu sahədə təcrübəli, sayılıb seçilən bir media qurumu olmaqdır. Təbii ki, bunun üçün komandamla dayanmadan çalışmalıyıq.

8.Sizcə bir komandanı komanda edən nədir? Və komanda üzvünü və liderini yaxşı edən əsas cəhət nədir? - 

Bir komandanı komanda edən əsas 2 amil var. Mən hər zaman bu prinsiplə işləmişəm. Uğur qazanmağın 2 prinsipi var: məsuliyyətli və intizamlı olmaq. Əgər biz işimizdə bu prinsiplərə riayət etsək və bu pinsiplərə yaradıcılığı da əlavə etsək, uğur hər zaman bizimlə olacaq.

 Lider sözünün mənasından ilhamlanaraq onu deyə bilərəm ki, uğurlu lider olmaq üçün komandanı öz arxanca aparmağı bacarmalısan.

9. Beş ildən sonra özünüzü harda görürsünüz? - 5 ildən sonra haqqında bu gün danışmaq biraz çətindir. İnsanlar dəyişən dünyadahər gün yeni bir ideaya, uğurlu olan sahə arxasınca qaçmağa çalışırlar. 5 il sonra Baramada da ola bilərəm, başqa bir yerdə də. İstərdim öz sahəmin arxasınca gedim. Onu da deyim ki, mən fotoqrafiya ilə məşğulam.

10.  Sizi motivasiya edən amil hansıdır? - Çox insanlar düşünür ki, onları motivasiya edən əsas amil puldur. Müəyyən mənada bu doğrudur. Amma insanları motivasiya edən əsas amil onların uğurlarıdır, onların işlərinə hörmətlə yanaşmalarıdır. Bu  mənə də aiddir.

Turac Teyyubqızı
Facebook şərh sistemi