Ən çox verilən 10 sual
1.
Baramaya qəbul edilmiş layihələrə nə tip dəstəklər göstərilir?

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin layihələrə verdiyi dəstəklər haqqında məlumatla aşağıdakı keçinddən tanış ola bilərsiniz:

Mərkəzimiz haqqında

İstifadəçilərin sualları
1
Barama nədir?

Barama İnnovasiya Mərkəzi 2009-cu ildə Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılmış sosial məsuliyyət layihəsi idi. Bu layihə 2014-cü ildən etibarən "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi" adı ilə professional biznes inkubator olaraq fəaliyyət göstərir.

2
Barama ideya müsabiqəsidir?

Barama ideya müsabiqəsi deyil. Mərkəzimiz kreativ və innovativ ideyaların dəstəklənməsi və onların şirkətləşməsini təmin edən biznes inkubatordur.

3
Nə tip ideyalar Baramaya təklif edilə bilər?

Təklif olunan ideya informasiya texnologiyaları, proqramlaşdırma və s. kimi texnoloji sahələrdə fəaliyyət göstərməyi planlaşdırmalıdır. Bundan əlavə mərkəzimiz İT istiqamətli olmayan, lakin müxtəlif texnologiyaların istifadəsi ilə sosial xarakterli işlər görən layihələri də qəbul edir.

4
İdeyanın/ layihənin müəlliflik hüququ kimə məxsus olacaq?

İdeyanın müəllif hüquqları onu təklif edən şəxsə məxsusdur.

 

5
İdeya göndərildikdən sonra nə baş verir?

İdeya saytımız vasitəsilə bizə göndərildikdən sonra bizim verilənlər bazasında yerləşdirilir. Aylıq ideya yoxlanışı prosesi zamanı bazamızdan bizə göndərilmiş ideyalar çıxarılır və dəyərləndirilir. Layihənin qəbul olunub-olunmaması haqqında məlumat ideyanı göndərən şəxsə email vasitəsilə bildirilir.

Öz sualını ver
______
FAQ-da olmayan sualınız varsa aşağıdakı düyməyə klik edərək öz sualınızı bizə ünvanlaya bilərsiniz.