İnkubasiya proqramı

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi rezidentlərinə ideyalarını biznesə çevirmək üçün xüsusi dizayn edilmiş inkubasiya proqramı təqdim edir. İnkubasiya proqramı 3, 6, 9, 12 və 18 aylıq müqavilələrlə tənzim edilir. Bu proqramın xüsusi metodologiya olmasından əlavə hər bir layihə, onun xarakteristikalarına uyğun olaraq özəl formada layihə rəhbərlərinin də iştirakı ilə xüsusi formalaşdırılır.
İnkubasiya proqramı layihə rəhbəri və mərkəz rəhbərliyinin iştirakı ilə layihənin inkişafının mərhələlərə bölünməsi ilə başlayır. Hər mərhələ xüsusi performans indikatorları (Key Performance Indicator) ilə ölçülür və startup-ın ehtiyaclarından asılı olaraq mərkəzin bu inkişafa göstərəcəyi kömək də nəzərə alınır. Qarşılıqlı əməkdaşlıq çərçivəsində layihə Barama ilə birlikdə öz ideyasını addım-addım biznesə çevirir və inkubasiya periodunun sonunda artıq müstəqil şirkət kimi fəaliyyətinə başlayır