Cavid Məmmədov
Sumaks MMC
- Azərbaycan, Bakı
İştirakçılar
  • Cavid Məmmədov
  • Təsisçi
  • Cahangir Şəbiyev
  • Mühəndis
  • Sənan Quluzadə
  • Elektron mühəndis
  • Tural Abbasov
  • COO
  • Ləman Səfərli
  • PR menecer
  • Heydər Əliyev
  • Satış nümayəndəsi
  • Orxan Quluzadə
  • Satış nümayəndəsi
  • Tural Müzəffərli
  • Programmçı
Avtomaks

Azərbaycanda bir ilk olan bu qurğunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir. “Avtomaks” qurğusu  avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.

Avtomaks maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür.  Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda müvafiq xəbərdarlıq edir.

Avtomaks Bakı sürücüləri üçün aktual olan digər məsələlərdə də köməyə gəlir. Belə ki, avtomobilin evakuator tərəfindən aparılması, yaxud oğurluq hallarında da sahibinə dərhal məlumat verilir. Avtomaks vasitəsilə hər gün maşının getdiyi yol, sürət həddinə nəzarəti, yanacaq sərfi, təyin olunmuş radiusa nəzarət etmək mümkündür.