Bəhruz Ibrahimov
-
İştirakçılar
  • Bəhruz İbrahimov
  • Layihə rəhbəri
  • Kamran Talıbov
  • Layihə meneceri
E-tap

İtirilmiş əşyaların qeydiyyatı və axtarış sistemi olan Etap.az layihəsinin əsas məqsədi itirilmiş əşya sahiblərinin internet imkanlarından istifadə edərək asanlıqla əşya haqqında elan yayımlaması, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət təmin etmək və sosial fayda yaratmaqdır. Xidmət ödənişsizdir, lakin "Premium" imkanlara malik elanlardan istifadə etmək istəyənlərə ödənişli elan xidmətləri də təklif olunur. Premium elanların üstünlüyü seçilmiş müddət ərzində elanın daha çox insan tərəfindən görüntülənməsidir. Tapılmış əşyanı sahibinə qaytarmaq istəyən şəxslər də tamamilə ödənişsiz formada əşyanı qeydiyyatdan keçirə biləcəklər. Tapılan əşyanın qeydiyyatı zamanı və ya qeydiyyatdan öncə itirilmiş əşyalar arasından tapdığınız əşyaya uyğun bir əşya çıxarsa əlavə qeydiyyat aparmadan elan sahibi ilə əlaqə saxlaya və əşyanı təhvil verə bilərsiniz.