Fəhmin Dadaşev
-
İştirakçılar
  • Fəhmin Dadaşov
  • Təsisçi
Econaider

“Econaider” - geniş məlumat bazasına əsaslanmış kalkulyator olmaqla yerli iş adamları və şirkətlər, xarici investorlar, maliyyə və risk sahələrində fəaliyyət göstərən peşəkarlar, təhsil ocaqlarının tələbələri, habelə daha geniş auditoriya üçün nəzərdə tutulmuş innovativ layihədir.

 

Bir sıra meyarları (şəhər, rayon, biznesin növü, ilkin kapital, məhsul və xidmətin qiyməti və s.) müəyyən etməklə potensial investor yatırım etmək istədiyi biznes barədə kəmiyyət və keyfiyyət indikatorlarını əldə edəcək. Nəticədə, investor maraqlandığı biznes sahəsinin gəlirliyi, orta sektor göstəriciləri, rəqabət səviyyəsi, hüquqi riskləri barədə məlumatı, və bundan əlavə, seçdiyi meyarlara uyğun ilkin proqnoz hesabatını əldə edəcək (məsələn, kapitalın kifayət olub-olmaması, qiymətlərin adekvatlığı və s.).