Zaur Rahimoff
Rahimoff
- Web dizayn
İştirakçılar
  • İskəndər Məmmədov
  • Məzahir Eyvazlı
  • Backend development
MySim

MySIM "Azercell Telekom" MMC-nin rəsmi dilerlərində satışda olan nömrələr üzrə vahid axtarış xidmətidir.

2009-cu ildə Barama Layihəsinə təqdim edilən MySİM ideyası qəbul edildi. Azercell şirkətinin Strategiya və biznesin idarə edilməsi, Satış, Marketinq, hüquq və digər şöbələrinin əməkdaşları tərəfindən konsultasiyalar layihəni hərtərəfli işlənməsində böyük dəstək oldu. Ümumiyyətlə Barama ofisi ölkədəki bütün ofislərdən fərqlidir. İşləmək üçün ən əsas rahat məkanın olmasıdır. Burada layihə üzərində işləmək üçün hər bir detal düşünülmüşdür. İstirahət otağından başlayaraq oyun zalına qədər var. Bəzən gərgin iş bizi əldən salanda oyun otağına keçib digər iştirakçılarla playstation və ya stolüstü futbol oynayaraq istirahət edirdik. Bəzən gecə saat 2-ə qədər ofisdə çalışırdıq. Tavandakı işıqların otağa paylanması elə düzgün seçilib ki, saatlarla işləsəndə yorulmurduq.

İdeyaya görə bu saytda dilerlərin elektron mağazası yaradılacaqdı. Dilerlər bu mağazada həm mobil telefonlarını həm də SİM nömrələrini satışa çıxarda biləcəkdi. Lakin bir müddət işlədikdən sonra ideyanın yalnız SİM nömrə satış hissəsini reallaşdırdıq. Uzun proseslər keçdikdən sonra layihə www.mysim.az domeni altında fəaliyyətə başladı.

Layihənin əsas məqsədləri abonentlərə istənilən nömrənin axtarışında dəstək, müştəri məmnuniyyətinin artırılması, xidmətlərin, kampaniyaların  və Azercell-in diler şəbəkəsinin reklamıdır. Layihənin ilk mərhələsində 1-ci kateqoriyalı dilerlər iştirak edirdilər. Hal-hazırda isə 2-ci və 3-cü kateqoriyalı dilerlər də əlavə olunublar. 3-cü mərhələdə SMS vasitəsilə axtarış sistemini tətbiq etmək planlaşdırılır.

Bundan əlavə saytda www.mysim.az/gold linki vasitəsi ilə Azercell-in xüsusi gold nömrələri üzrə əlavə bir axtarış imkanı yaradıldı. İlk günlərdən kütəvi alış olduğunu və insanların nömrə axtarışı üzrə təlabatının böyük olmasını nəzərə alaraq hal-hazırda 3-cü funksionallığın üzərində işləyirik (konfidensial olduğu üçün açıqlanmır).

Gold nömrələr üzrə axtarış səhifəsinin dizaynı:

Artıq iki ildən çox müddətdir ki, Azercell şirkəti ilə imzalanmış müqaviləyə əsasən MySİM layihəsinə texniki dəstəklənmə xidməti göstəririk.