Zarəngiz Huseynova
-
WoWoman
WoWoman xanımların özlərini ifadə etməsi, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirməsi, birlikdə daha çox nailiyyətlər əldə etmələri və özlərinə inamı artırmaq məqsədilə yaradılan sosial platformadır. Bu məqsədlərənail olmaq üçün WoWoman komandası xanımlar üçün müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri bilir:
1) peşəkar bacarıqları inkişaf etdirmək üçün yerli və beynəlxalq mütəxəssislər tərəfindən seminarlar, təlimlər, kursların təşkil olunması;
2) şəxsi inkişaf üçün tədbirlər, seminarların həyata keçirilməsi;
3) xanımların özlərini inkişaf etdirəcəkləri və yeni biliklər əldə edə biləcəkləri online platformanın yaradılması
4) xüsusi layihələrin həyata keçirilməsi (məs. Tech Tech Khanim).
 
İKT sektorunun sürətli inkişafı göz önündədir, və ölkəmizdə də bu sahəyə xüsusi diqqət yetirilir. WoWoman komandasının qarşısına qoyduğu mühim məqsədlərdən biri də, xanımların İKT sektorunda olan marağını artırmaqdır. Bu məqsədə nail olmaq üçün isə, Tech Tech Xanim layihə yaradıldı.
Tech Tech Xanim informasiya texnologiyaları elmini xanımlara daha yaxın etmək, onların İT bilik və bacarıqlarını artırmaq və bu sahəyə yönəlmələri üçün çalışır. İT iliklərin müasir iş mühitində rolu danılmazdır. Lakin, mövcud stereotiplər bu acarıqların xanımlar tərəfindən çətin öyrənildiyini və, ümumiyyətlə, xanımlar üçün yararlı olmadığı deyir. Tech Tech Xanim məhz bu stereotipi qırmaq, və xanımlarımızın İT acarıqlarını inkişaf etdirməklə, onların mövcud iş imkanlarını artırmaqdır.
Dünya təcrübəsi göstərir ki, mütərəqqi inkişaf üçün hər bir sahədə xanımların çalışmağı mütləqdir. Ölkəmizdə də, İKT sahəsində çalışan xanımların sayı artdıqca, sektorda canlanma nəzərə çarpacaqdır.
Tech Tech Xanim  komandasının bugünə qədər həyata keçirdiyi müxtəlif seminarlar və təlimlər xanımların İT bacarığı artırmağa yönəlmişdr. Komandamızın layihə çərçivəsində həyata keçirdiyi tədbirlərdən biri də, ölkənin aparıcı təlimçiləri tərəfindən və Microsoft Azərbaycan şirkətinin dəstəyi ilə İT-nin 4 istiqaməti üzrə xanımlara kurlsarın verilməsidir. 2 ay davam edəcək kurslarda xanımlar şəbəkə, server, database və software üzrə əsas biliklərə sahib olmaqla yanaşı, Microsoft imtahanında iştirak edib, sertifikat əldə etmək imkanı da əldə edir. Bununla yanaşı, xanımlar software və database kurslarının sonunda SQL Fundamentals və ya SQL Expert imtahanlarında da rahatlıqla iştirak edib, sertifikat əldə edə bilərlər. Əsas kursdan sonra isə, xanımlara intensiv və daha dərin biliklərə sahib ola biləcəkləri kursların da verilməsi layihə çərşivəsində nəzərdə tutulur.
Bütün bunları nəzərə alaraq, WoWoman xanımların inkişafına yönəlmiş sosial online platformanın (saytın) yaradılmasını zəruri hesab edir. Belə ki, inkişaf və bacarıqların artırılması üçün daim yenilənən internet saytının olması, informasiyanın daha sürətli ötürülməsinə və keçirilən tədbirlərə marağı daha da artıracaqdır. Həmçinin, regionlarımızda yaşayan və fiziki olaraq kurslarda iştirak edə bilməyən xanımların da, bilik və bacarıqlarını sayt vasitəsi ilə artırmaq imkanı əldə etməsi mümkün olacaq.
Layihə çərçivəsində yaradılacaq saytda fərdi və peşəkar biliklərin və bacarıqların artırılması üçün müxtəlif online kurslar, məlumatlar, məqsədə nail olmaq üçün şərtlər və s. yerləşdiriləcəkdir. Belə bir saytın olması, xanımlarımızın inkişafına dəstək olmaqla yanaşı, müxtəlif sektorların inkişafına xaınımların da tövhə verməsi üçün stimul yaradacaqdır.
Xanımların inkişaf platforması məhz xanımlar tərəfindən yaradılacaq. Bunun üçün yuxarıda adı çəkilən Tech Tech Xanim layihəsinin iştirakçılarından ibarət komanda yaradılaraq. Xanımların software və database istiqamətləri üzrə yiyələndiyi biliklər bu saytın yaradılmasında istifadə ediləcəkdir. Beləliklə də, xanımlar teoretik biliklərini praktikada da istifadə edə biləcəklər.
Qeyd etmək lazımdır ki, WoWoman sosial platformanın qarşısında duran mühim vəzifələrdən biri də, regionlarımızda yaşayan xanımlarımızın inkişafına dəstək olmaqdır.
Buna nail olmaq üçün isə, online platformada xanımlarımızın sahibkarlıq fəaliyyətinə dəstək bölməsinin yaradılması planlaşdırılır. Bu bölmədə, xanımlar özləri istehsal elədikləri məhsulu online satışa şıxara biləcəklər. Həmçinin, kursların müxtəlif regiolar üzrə də keçirilməsi planlaşdırılır.