Nəzrin Ağarzayeva
-
İştirakçılar
  • Nəzrin Ağarzayeva
  • Təsisçi
Naveen

NAVEEN Azərbaycanda ilk sərfəli dizayner geyim brendi olaraq xanımlara sərfəli, keyfiyyətli və eyni zamanda unikal dizayna sahib geyimlər təklif edir. Gələcəkdə müştərilərə təklif edilən məhsulların arasına geyimlə yanaşı ayaqqabı və aksessuar seçimləri də, əlavə ediləcəkdir. NAVEEN təkcə geyim sektorunu yox eyni zamanda, elektron kommersiya, kiçik biznesin inkişafına və insanların alıcılıq qabiliyyətinin yüksəlməsinə təkan verəcəkdir.

Geyimlər sıfırdan, trendlərə uyğun və özünəməxsusluq ilə dizayn edilir və bu dizaynlar əsasında dərzi tərəfindən tikilir. Bəzi geyimlər isə tamamilə əl işidir. Bunu etməklə məqsədimiz daha çox insan üçün əl çatan olmaq və eyni zamanda gələcəkdə xarici podiumlarda Azərbaycan brendi olaraq təmsil olunmaqdır.