Orxan Qədirov
-
İştirakçılar
  • Orxan Qədirov
  • Təsisçi
  • Zöhrab Məmmədov
  • Satış meneceri
  • Orxan Hacili
  • Loqistika meneceri
Green Baku

Baku 

Green Baku – Yenidən emal olunmuş materiallardan dəftərxana ləvazimatları istehsal edən ekoloji brenddir. .“Green Baku” olaraq adlandırdığımız məhsullar tam olaraq yenidən emal olunmuş kağızdan, ekoloji təmiz plastikdən və artıq bir dəfə istifadədən keçmiş məhsulların təmizlənərək yenidən istehsala verilməsindən meydana gəlir. İdeyanın texnoloji yeniliyi ondan ibarətdir ki dəftərxana biznesinə yeni ekoloji brend daxil olub. Bu məhsulun alınmasında adi kağızdan fərqli olaraq artıq öz xammalını ağacların və təbiətin korlanması hesabına deyil, buna qədər istifadə olunmuş təkrar emala verilməklə əldə olunan xammaldan istifadə onun əsas ideyasını təşkil edir. İlkin olaraq məhsulların assortimentinə daxildir:

Ekoloji təmiz dəftərlər

Ekoloji təmiz bloknotlar

Qovluqlar

Penallar

Eko qələmlər

Eko karandaşlar

Eko kalendarlar

Eko stickerlər

Ekopak-bağlamalar

Ekoloji hədiyyə dəstləri və s.