Ofis

Barama kollektivi olaraq kreativ ideyanın yaranması, onun reallaşdırılması üçün kreativ mühütün olmasının ən başlıca şərtlərdən biri olduğunu gözəl anlayırıq. Bu səbəbdən sahibkarlara öz potensiallarını maksimum şəkildə nümayiş etdirəcəkləri innovativ ofis təqdim edirik. Bu ofisə aşağıdakılar daxildir:

    * Gözəl mənzərəli geniş açıq işçi sahəsi
    * Layihələrin qonaqlarını qarşılaya biləcəyi 10 nəfərlik görüş otağı
    * Xüsusi tədbirlərin keçirilməsi üçün 60 nəfərlik ağıllı löhvəli konfrans zalı
    * Oyun zalı
    * İstirahət üçün 2 nəfərlik istirahət guşəsi
    * Mətbəx


Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin üzvlərinə 7/24 ofisdən istifadə icazəsi verilir.