"Techfall 2016 Hackathon" müsabiqəsinə start verildi! Ye, Kodla və Yatma!

Bugün səhər saatlarında "Azercell Telekom” MMC və "PAŞA Bank”ın dəstəyi, "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və "WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "TechFall 2016 Hackathon” layihəsinə start verildi.

36 saat yatmadan, android tətbiqetmə formalaşdıracaq olan komandaların yarışdıqları bu layihənin əsas məqsədi developerlərin həftə sonlarını məhsular və əyləncəli keçirmələrinə şərait yaratmaq və onları bir araya toplamaqdır.

Mənbə: Technote