"TechFall 2016 Hachathon" başa çatdı!

36 saat davam edən Azercell Telekom” MMC və "PAŞA Bank”ın dəstəyi, "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və "WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "TechFall 2016 Hackathon” yarışmasının kodlaşdırma hissəsi yekunlaşdı.

Komandalar 36 saat ərzində hazırladıqları tətbiqetmələri təqdim etdilər. Kodlar texniki jürilərimiz Asif İbrahimov və Rüfət Babakişiyev tərəfindən qiymətləndirildi. 9 Noyabr tarixində baş tutacaq təqdimetmə mərasimindən sonra qaliblər müəyyən olunacaq və sponsorlar tərəfindən hədiyyələrlə mükafatlandırılacaq.