"İnkubasiya proqramına" seçim mərhələsi davam edir!

Barama İnnovasiya və Sahibkarlıq mərkəzinə yeni layihələrin seçim mərhələsi davam edir.

6 ay müddətində davam edəcək inkubasiya proqramına biz tərəfdən 5 komanda seçiləcək. İnkubasiya proqramının sonunda baş tutacaq DemoDay-dən sonra qalib gəlmiş komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin dəstəyi ilə 12-15 İyun tarixlərində Londonda baş tutacaq "London Tech Week" tədbirində iştirak etmək şansını əldə edəcək. 

Bununla yanaşı İnkubasiya proqramına seçiləcək komandalar aşağıdakı fürsətlərdən yararlanacaq.

·      7/24 saat fəaliyyətdə olan innovativ ofis

·      AZERCELL və PAŞA Bankın dəstəyi

·      Masterklasslar (hər ay təşkil olunan təlimlər)

·      Networkinq tədbirləri və networkinqin genişlənməsi imkanı

·      Layihələr üçün online kursların təşkil olunması

·      Helpdesk (Ödənişsiz konsultasiyalar)

·      Limitsiz internet, çay, kofe, avadanlıq təchizatı

 

Layihələr üçün tələblər:

·      Komandanın ən azı 3 nəfərdən ibarət olması

·      İdeyanın innovativ olması

·      Komanda iştirakçılarından ən azı bir nəfərin layihə üzərində full-time işləyə bilməsi

·      İdeyanın qlobal bazara çıxma potensialının olması

·      Ən azı bir komanda üzvünün səlis ingilis dili və təqdimat bacarıqlarının olması

 

Layihələrinizi online şəkildə Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin rəsmi veb səhifəsində qeydiyyatdan keçirə bilərsiniz. Layihələrin qəbulu üçün son tarix 20 Noyabrdır.

Qaydalar:

İnkubasiya proqramına seçim prosesi 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr biz tərəfdən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunacaq. İkinci mərhələdə isə komandalar öz layihələrini biznes plan və təqdimat formasında təqdim edəcəklər. Sonda ikinci seçim mərhələsindən də keçmiş 5 komandanın adı açıqlanacaq və həmin komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər.