Biznesinizi Bir Sistem Daxilində Qurun!

Biznesinizi Bir Sistem Daxilində Qurun!

8 dekabr tarixində Barama İnnovasiya və Sahibkarlıq mərkəzində BUZ GROUP tərəfindən kiçik ölçülü müəssisələrdə SAP-nin tətbiqi mövsuzunda təlim baş tutacaq.

BUZ GROUP 2016-cı ildə fəaliyyətə başlayıb və fərqli sektorlarda xidmət göstərən 3 şirkətdən ibarətdir: Buz Consulting, Buz Tech və Buz Cloud.

Buz Cloud SAP Business One sistemini tətbiq etməklə müştərinin gəlirlilik səviyyəsinin artmasına, biznes imkanlarını ortaya çıxarmağa və şirkətin problemli sahələrinin analizinə imkan yaradır.

Bütün biznes proseslərin (mühasibat, müştərilərlə əlaqələr, satınalma, satış, marketinq, xidmət, anbar idarəedilməsi və s.) tətbiqi mümkündür. Qüsursuz vizuallıq və güclü nəzarət biznes proseslərinizi peşəkar şəkildə idarə etməyinizə köməklik edəcək.

Niyə SAP Business One? 
* Biznesin satış, alış, ambar, maliyyə və s. avtomatlaşdırmaq.
* Fikrini biznesin artımına cəmləşdirmək.
* Asan və daha sürətli qərarların qəbulu.
* Sizi dəyişən biznes ehtiyaclarını dəstəkləmək.
* Mobil proqram vasitəsilə istənilən yerdən, istənilən vaxtda giriş.
* Başqa sistemlərlə rahat inteqrasiya.
* SAP Business One dünyanın ən məhşur və tez inkişaf edən idarəetmə sistemi.

Təlimçi BUZ Group-un təlimçisi Tural Hacıyev olacaq.

Təlim ödənişsizdir. Son qeydiyyat tarixi 5 Dekabrdır. Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun.

https://docs.google.com/forms/d/12Zk8H9LAgsbdojte--_y7MQ6OHCNalvNMft93Vb4ZMM/edit