Barama Hackathon 2017

"Barama Hackathon 2017" layihəsi Barama İnnovasiya və Sahibkarlıq mərkəzində  baş tutacaq. Developerlərin 36 saat ərzində yatmadan, fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən, Hackathon formatında bir yarışmadır. 

Hackathon — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathonda proqramçılar müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər.

 Barama Hackathon 2017" layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir. 

Layihənin qalibləri tərəfdaşlar və sponsorlar tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Əgər siz də bu sahədə olan biliklərinizi yoxlamaq, networkinqinizi genişləndirmək və yeni biliklər əldə etmək istəyirsinizsə  "Barama Hackathon 2017" layihəsinə qoşulun. Daha ətraflı məlumatı layihənin rəsmi veb səhifəsi olan http://hackathon.barama.az səhifəsindən ala bilərsiniz.