"Barama Hackathon 2017"nin qalibləri məlumdur!

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, Azercell və PASHABank-ın sponsorluğu ilə keçirilən "Barama Hackathon 2017" yarışının qalibləri məlum olub. 36 saat ərzində yatmadan və dayanmadan kod yazan proqramçılar bugün hazırladıqları məhsulları münsiflər heyyəti önündə təqdim ediblər. 10 komandanın iştirakı ilə baş tutan yarışda yalnız 8 komanda verilmiş tapşırığı vaxtında yerinə yetirməyi bacarıb. Təqdimatlardan sonra münsiflər heyyətinin qərarına əsasən "The Dev Squad" komadası qalib elan edilib. Müvafiq olaraq 2-ci və 3-cü yerləri "HelloHackathon2","Semicolon" komandaları tutub. Qalib komandalar Azercell və PASHABank tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbir müddətində iştirakçıların qidaya olan təlabatı Özsüt restoranları şəbəkəsi tərəfindən ödənilib.