"Ganja Big Idea Competition " ideya müsabiqəsinə qeydiyyat açıq elan edildi.

Azercell Telecom şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank və Azerbaycan Texnologiya Universitetinin dəstəyi ilə 25 sentyabr tarixində Gəncə şəhərində startuplar üçün "Ganja startups Meetup " tədbirini keçirir.

Bu görüş, biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin edəcək. Məqsədimiz sahibkarlıq haqqında maarifləndirici məlumatlarla bölüşmək və öz işinizi başlamaq və işləmək üçün sizə yardımçı olacaq dəyərli məsləhətlər verməkdir. Bu, həmçinin sizinlə həmfikir olan insanlarla görüşmək üçün bir imkandır.

Gəncə Startup-ların Görüşü:

• möhtəşəm ideyası olan və öz biznesinə başlamaq istəyən,

• hələ konkret bir ideyası olmayan, amma sahibkar olmaq istəyən insanlar üçün əla fürsətdir.

Tarix : 25 sentyabr 11:00 

Məkan : Azerbaycan Texnologiya Universiteti

Təqdimatçılarımız : Azerbaijan Texnologiya Universitet prorektoru,dosent, i.f.d - Səbuhi Yusifov, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatorları İradə Məmədova və Fidan Tofidi,Xtreme Pro və Green Baku ekoloji dəftərxanasının təsisçisi - Samir Gədirov , Technote Media Platformasının Baş icraçı direktoru və təsisçisi  Fərid Pərdəşünas .

Eyni zamanda, Gəncə şəhərində ilk dəfə təşkil edilən "Ganja Big Idea Competition" ideya müsabiqəsi bölgələrdən  gələn tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və təqdim etməklə mükafatlar qazanmaq imkanı verir.

Müraciət müddəti: 11 sentyabr-10 oktyabr, 2017-ci il

Finalçıların açıqlanma tarixi: 12 oktyabr, 2017-ci il

Final günü: 16 oktyabr, 2017-ci il

 

Onlayn qeydiyyat burada:

https://goo.gl/forms/gULN8W3glCtEFj5F2

 

Bütün təqdimatlar rəyçi heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı 10 təqdimat finalçı olaraq seçiləcək və 12 oktyabr tarixində Barama internet səhifəsində və bütün iştirakçıların email ünvanına məktub göndərilməklə elan ediləcək. Oktyabrın 16-da keçiriləcək finalda komandalar öz ideyalarını hakim heyətinə təqdim edəcəklər. Onlar biznes-planla birlikdə təqdimat hazırlamalı və 5 dəqiqə ərzində/5 dəqiqəlik sual-cavab sessiyasında yarışmalıdırlar. Qaliblər müsabiqənin sonunda açıqlanacaq.

Meyarlar:

Bu müsabiqənin məqsədi müxtəlif sahələrdə innovativ ideyalar tapmaqdır: startup ideyaları, mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları.

 

Mükafatlar:

1-ci yer Qalibləri – 500 AZN dəyərində hədiyyə kuponu

2-ci yer Qalibləri – 300 AZN dəyərində hədiyyə kuponu

3-ci yer Qalibləri – 200 AZN dəyərində hədiyyə kuponu

Müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edir.

İdeya Sizdən - Dəstək Bizdən!