“I Beynəlxalq Startup Akademiyası - Gəncə 2016”

I Beynəlxalq Startup Akademiyası - Gəncə 2016” layihəsi başladı.

 

Azercell Telecom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi , "ASAN Könüllüləri" Təşkilatı birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  27-30 noyabr tarixlərində Gəncə şəhərində “I Beynəlxalq Startup Akademiyası - Gəncə 2016” layihəsi keçiriləcək.

11 ölkədən olan gənclərin qatıldığı akademiyanın əsas məqsədi Azərbaycanda startupın inkişafına dəstək vermək, yerli və xarici gənclər arasında fikir mübadiləsinin artırılması eyni zamanda startupların yaradılmasını stimullaşdırmaq və startup ekosistemini inkişaf etdirməkdir.

“Startup Akademiyası” çərçivəsində gənclərə potensial ideyaların reallaşdırılması məqsədi ilə yerli və xarici donorlar tərəfindən təcrübə və texniki dəstəyin göstərilməsi, onlara öz ideyalarının inkişafı haqqında məlumatların verilməsi və peşəkarlarla fikir mübadiləsi aparmaq imkanı yaradılacaq.

Qeyd edək ki, 4 gün davam edəcək Akademiyada gənclərə peşəkar münsiflər tərəfindən təlimlər keçiriləcək və seçilmiş ən uğurlu startup ideyasının qalibi beynəlxalq startup mərkəzlərinin birində təcrübə proqramına göndəriləcək.