Barama FinTech Hackathon 2017

Hackathon texnologiya vasitəsilə özünü ifadə etmək və yaradıcılıq üçün bir yer təmin edir. Texniki bacarıqları olan şəxslər bir araya gəlir, qrup şəklində bir problem və ya fikir ətrafında sıfırdan unikal bir həll - kodlar, mobil proqramlar və robotlar şəklində həll yolunu formalaşdırırlar.

Barama FinTech Hackathon 2017  maliyyə, bank, ticarət sektorlarında problemlərin  həllinə dair 3-4 iştirakçı qruplardan ibarət 2 günlük müsabiqədir. Bu tədbir Barama İnnovasiya və Sahibkarlıq mərkəzi, ADA Universiteti  tərəfindən və Azercell Telecom MMC, PAŞA Bank dəstəyi ilə təşkil olunan yarışmadır. Hackaton telefon funksiyalarından (kamera, akselerometr sensoru və s.) istifadə edərək, yeni mobil tətbiq üçün 36 saat fasiləsiz kodlaşdırma yarışmasıdır.

28-29 oktyabr tarixlərində ADA Universitetində müxtəlif istedadlı və bacarıqlı şəxslər bir araya gələcəklər.

 

FinTech həlləri tapmaq və qiymətli hədiyyələr qazanmaq şansı qaçırmayın.

Son müraciət tarixi: 25.10.2017

Qeydiyyat üçün link: https://goo.gl/hFYNcN

Ətraflı məlumat: http://hackathon.barama.az/