Barama İnkibasiya Programı 2017 Final Seçim Mərhələsi

Bu gün Barama İnnovasiya və Sahibkarlıq mərkəzində Barama İnkubasiya Proqramı 2017 çərçivəsində 2-ci mərhələyə dəvət olunmuş18 startup münsiflər heyəti qarşısında çıxış ediblər. Ən yüksək bal toplayan startuplar  yaxın zamanda inkubasiya proqramına qoşulacaqlar. 

Barama İnkubasiya Proqramı çərçivəsində startuplar icra etmək istədikləri layihələri reallaşdıra biləcəklər. Proqramın məqsədi gənc sahibkarlara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdən ibarətdir. 

 Bizim əsas üstünlüklərimiz: 
1. Biznesi dəstəkləyən şərait(Mentor dəstəyi,Biznes əlaqələri,İnvestorlara çıxış imkanı)
2. Texniki dəstək(Helpdesk,İT məsləhəti,İT təlimləri)
3. Azercell və PAŞA Bankdan olan mütəxəssislər(Maliyyə konsaltinqi,Qlobal startup müsabiqələrində və tədbirlərdə iştirak etmək imkanı,Təlim sessiyaları,Masterklass,Virtual kitabxana)
4. İstifadə imkanı(Ofis sahəsi,Ofis avadanlığı,Yüksək sürətli internet,Pulsuz Azercell nömrəsi və il ərzində 600 AZN kredit limiti,Qəhvə və çay)
5. İnkubasiya proqramının sonunda Final Demoday-da starapın hazirladığı son məhsul və ya xidmətin rəsmi qaydada 5000 AZN dəyərində ilk müştəri olaraq Azercell tərəfindən alınması.


Barama İnkubasiya programı 6 ay davam edir və bu müddət ərzində bu proqram yeni sahibkarların məhsulla bağlı ideyadan onun istifadəyə verilməsinə və sonrakı mərhələlərə gəlib çatması üçün onları mentor dəstəyi, texniki, biznes və maliyyələşdirmə mövzularında məsləhətlər və praktik təlimlərlə təmin edir.