Gəncə "Big İdea Competition" İdeya Müsabiqəsinin Qalibləri Seçildi

Bu gün Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşəbbüsü, Azercell və PAŞA Bankın sponsorluğu ilə "Big İdea Competition" ideya müsabiqəsi keçirilmişdir. Yarışmada iştirak etmiş 9 komandadan 3-ü qalib seçilmişdir: 
1-ci yer - "BioBone" layihəsi, 
2-ci yer - "Sevimli ixtisasım" layihəsi, 
3-cü yer - "HolaDost" layihəsi.
Qalib seçilmiş komandalar dəyərli hədiyyələrlə təltif olunmuşdur.