2009 - İdeya sizdən - dəstək bizdən
"Azercell" Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət konfransında iştirak etdi

"Azercell" Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət konfransında iştirak etdi

20 Oktyabr 2014 Announcements

Oktyabrın 15-də Azərbaycanın aparıcı şirkətləri, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarını bir araya gətirən Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə 1-ci Azərbaycan Konfransında Azercell də iştirak edib. Sözügedən tədbirin məqsədi ölkədə cari vəziyyətin kompleks qiymətləndirməsini həyata keçirmək, habelə bu sahəni inkişaf etdirmək üçün dövlət, özəl və qeyri-dövlət təşkilatları arasında dialoqu və əməkdaşlığı genişləndirməkdir. Eyni zamanda konfransda korporativ sosial məsuliyyətlər üzrə yerli və qlobal təcrübənin və bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq qurumların təcrübəsinin təqdim edilməsi, özəl şirkətlərin KSM siyasəti çərçivəsində sosial layihələrdə daha effektiv iştirak etməsinə və təşviq edilməsinə zəmin yaradılması, vətəndaş cəmiyyətində korporativ sosial məsuliyyət anlayışının formalaşması və inkişafı mövzusunda müzakirələr aparılıb.

TeliaSonera şirkətinin Korporativ əlaqələr üzrə vitse‐prezidenti Ülviyyə Həsənzadə konfransın İKT Müəssisələrinin Korportaiv Sosial Siyasəti və Cəmiyyətə Sosial Təsiri bölümündə moderator kimi, Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları departamentinin direktoru İmran Bağırov isə məruzəçi kimi cıxış ediblər. Ülviyyə Həsənzadə öz çıxışında İKT sektorunun dünyanın əksər yerlərində artım və innovasiya üçün aparıcı qüvvə olduğunu vurğulayıb.

Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları departamentinin direktoru İmran Bağırov isə Azərbaycanin İKT sektorunun dayanıqlı inkişafı üçün çağırışlar və perspektivlər mövzusunda məruzəçi kimi çıxış edərək Barama və onun həyata keçirdiyi layihələr, innovasiyalar haqında danışdı və dayanıqlı və innovasiya yönümlü inkişaf naminə biznesləri partnyorluğa dəvət etdi.

Qeyd edək ki, Azercell Telekom fəaliyyətə başladığı ilk gündən sosial məsuliyyət faktoruna ciddi önəm verib. Bu günə qədər minlərlə sosial layihəyə dəstək olan Azercell təhsil, incəsənət, idman, elm, texnologiyaların inkişafı və rifahı uğrunda çalışıb. Şirkətin bu istiqamətdə olan uğurlu layihələri sırasında Uşaq Qaynar Xətti, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Mobil Göz və Mobil Diş Klinikaları, Yaşıl radio baza stansiyaları, Tələbə Təqaüd Proqramları, Jurnalistlər üçün peşə və ingilis dili kursları, Korporativ Sosial Məsuliyyət üzrə müxtəlif tədbir və konfransların təşkili və s. təşəbbüsləri misal göstərilə bilər. Azercell indiyə qədər sosial layihələrin həyata keçirilməsinə 19 il ərzində 20 milyon ABŞ dollarına yaxın vəsait sərf edib. Azercell Korporativ Sosial Məsuliyyət istiqamətindəki fəaliyyətinə görə dəfələrlə yerli və beynəlxalq mükafatalara layiq görülüb.

 
 

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı