2009 - İdeya sizdən - dəstək bizdən
Azercell-in Barama mərkəzi PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayır

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayır

10 Sentyabr 2015 Announcements

Texnoloji innovasiyaların hakim olduğu bir zamanda Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi maraqlı

 

Texnoloji innovasiyaların hakim olduğu bir zamanda Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi maraqlı layihələr həyata keçirməkdə davam edir. 2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır.

Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə da əməkdaşlıq edir.

Sevindirici haldır ki, Azercell-in Barama mərkəzi bu sahədə ölkənin aparıcı banklarından biri olan PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayıb. Hər iki şirkət üçün layihənin əsas məqsədi Azərbaycanda İKT və qeyri-neft sektorunun inkişafına dəstək olaraq fərdi sahibkarlığın artmasına və güclənməsinə yol açmaqdır.

Xatırladaq ki, Azercell-in Barama Mərkəzi PAŞA Bank-la artıq ötən yay Bakıda keçirilmiş “Seedstars World” müsabiqəsində də əməkdaşlıq edib. Qeyd edək ki, PAŞA Bank Azərbaycan bank sistemində təşkilati strukturunda peşəkar iqtisadçı komandası olan nüfuzlu və etibarlı bankdır. Ölkədə bankçılığın, bu sahəyə aid texnologiyaların, eləcə də orta və kiçik biznesin inkişafı PAŞA Bankın üçün də strateji əhəmiyyət kəsb edən məsələlər sırasındadır.

Bu baxımdan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi iki nüfuzlu şirkətin məqsəd və maraqlarının qarşılaşdığı bir layihə olaraq, gələcəkdə uğurlu biznes əməkdaşlığı üçün mükəmməl imkanlar yaradır.

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı