2009 - İdeya sizdən - dəstək bizdən
“Azercell”in yenilikləri Bakutel-2014 sərgisində

“Azercell”in yenilikləri Bakutel-2014 sərgisində

17 Noyabr 2014 Announcements

Bu yenliklərdən birincisi “Genişləndirilmiş reallıq”dır.Bu texnologiya vasitəsilə ikiölçülü posterləri abunəçilər xüsusi qurulmuş telefon vasitəsilə canlandıra biləcəklər. Başqa sözlə video formatda görə biləcəklər. Burada yalnız video format deyil əlavə funksiyalar da var. Məsələn, posterə baxan anda həmin posterə təqdim olunan xidmətin aktivləşməsi və bu haqda məlumat almaq da mümkün olacaq.

İkinci yenilik ”Valideyn nəzarəti sistemi”dir. Bu sistem  xüsusi kiçikölçülü telefonlarla çalışır. Həmin telefonlar düymələrinin sayının məhdud olması ilə fərqlənirlər. Düymələr vasitəsilə əvvəldən sazlanmış nömrələrə zəng etmək mümkündür. Və uşaqlar valideynlərin qeyd etdikləri əraziyə daxil olduqda və ya həmin ərazini tərk etdikdə valideynlər xüsusi idarə paneli vasitəsilə bu haqda müəyyən məlumat ala biləcəklər. Bundan əlavə nümayiş edilən kiçik telefonlardan uşaqların zəng etməsi məhdudlaşdırıla bilər. Bu da təbii ki, valideynin istəyinə uyğun həyata keçiroləcək.

Üçüncü yenilik “Mobil sağlamlıq sistemi”dir. Bu sistem vasitəsilə xroniki xəstə olan insanlar həkim ilə ünsiyyətdən sonra bu sistemi evlərində qurub sağlamlıqlarında nəzarəti vacib bütün nüansları (çəki, şəkərin miqdarı, təzyiq, ürək döyüntüləri və.s) qeydə aldıqdan sonra diaqnostika monitorunda  uyğun suallara cavab verərərk özlərinə diaqnoz qoymuş olacaqlar. Və bu məlumatlar gündəlik mərkəzə yönləndiriləcək. mərkəzdə pasientin şəxsi həkimi lazım olarsa, ya əlavə suallar tərtib edə, ya da məlum diaqnoza vaxtında tədbir görə bilər.

Dördüncü yenilik “Google eynəkləri”dir. Bu eynəklər vasitəsilə bir çox əməliyyatlar aparmaq olar. Belə ki, eynəyin sahibi eynəyi öz google account-na bağlayaraq həm şəkil, həm video çəkə bilər. Çəkdiyi hər informasiyanı digər abunəçilərlə bölüşə bilər. Bununla həm Google də axtarış aparmaq, həm də Google mapda navigasiya etmək mümkündür.

Beşinci yenilik “Barama” layihəsindəndir. Daha doğrusu, layihənin təqdim etdiyi “Ev təhlükəsizlik qurğuları”dır. Bu qurğular vaistəsilə insanlar  evdə qaz, su, elektrik şəbəkələrinə telefon vasitəsilə nəzarət edə bilərlər. Yəni evdə qaz, su, elektrik şəbəkələrində hər hansı bir nasazlıq yaranarsa, birbaşa həmin sistem özü bağlanır və ev sahibinə bu barədə məlumat ötürülür. Eyni ilə abunəçilər də sms vasitəsilə evlərinə nəzarət edə bilərlər. Məsələn, elektrik şəbəkəsini evdə tamamilə söndürə və yaxud da yandıra bilərlər.

Bütün yeniliklər ziyarətçilər tərəfindən maraqla qarşılandı.

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı