2009 - İdeya sizdən - dəstək bizdən
"Azercell" sertifikatla mükafatlandırılıb

"Azercell" sertifikatla mükafatlandırılıb

14 Dekabr 2014 Announcements

Bu yaxınlarda Baku Ekspo Centrdə 20-ci Bakutel Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisi keçirilib. Aldığımız məlumata görə, "Azercell"in stendi böyük marağa səbəb olub və iştirakçılar tərəfindən "Ən çox ziyarətçisi olan stend" sertifikatı ilə mükafatlandırılıb. Biz də sərgidə iştirak edənlərdən bu barədə fikirlərini öyrənməyə çalışdıq:

Fuad Süleyman: “Azercell”in keçən ilki stendləri və bu ilki stendləri arasında fərqlər var idi və bu il “Azercell”, eləcə də, “Barama İnnovasiya Mərkəzi” özünü daha da təkmilləşdirmişdi. "Sumaks" ağıllı ev sistemləri, mobil sağlamlıq və digər stendləri bəyəndim.

Rəşid Mustafazadə: Mən texnologiya ilə yaxından maraqlanıram və deyə bilərəm ki, bu il “Azercell” digər illərə nisbətən daha mükəmməl və qüsursuz təmsil edilib.

Vüsalə Arslan: Mənim ən çox diqqətimi çəkən “Ağıllı ev sistemi” idi. Bu qadınların ən çox arzuladığı və gözlənilən bir yenilikdir. “Azercell”i uğurlu iştirakına görə təbrik edirəm.

Məlahət Elyasova: Bəli, bu il “Azercell” mənim marağımı çəkən çox yenilik edib. Lakin bir tənqidim var ki, PR zəif olub. Bundan başqa hərşey normaldır.

Fidan Həsənzadə: “Azercell” hər zamankı kimi möhtəşəmdir. Düşünürəm ki, gəncləri ən çox düşünən mobil operatoru məhz “Azercell”dir. 

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı