2009 - İdeya sizdən - dəstək bizdən
“Azercell Telecom” şirkətinin dəstəyi ilə İnformatika fənni üzrə məktəblilərimiz Beynəlxalq Olimpiadada ölkəmizi uğurla təmsil ediblər.

“Azercell Telecom” şirkətinin dəstəyi ilə İnformatika fənni üzrə məktəblilərimiz Beynəlxalq Olimpiadada ölkəmizi uğurla təmsil ediblər.

18 Dekabr 2018

8-9 dekabr 2018 tarixlərdə məktəblilərin informatika fənni üzrə ümumrusiya komanda olimpiadası keçirildi. 6 region üzrə təşkil olunan müsabiqədə şagirdlərimiz Cənub regionu (Azərbaycan, Ermənistan, Gürcüstan) üzrə yarışda iştirak etdilər.

Bu region üzrə 19 komandanın qatıldığı müsabiqədə fizika, riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov. Murad Eynizadə, İbrahim Tağızadədən ibarət olan komandımız 2-ci yerə layiq görüldülər. Region üzrə ikincilik əldə edən komandamız ümumi hesabda isə üçüncülük diplomu ilə mükafatlandırıldı. Xatırladaq ki artıq 10 gündür ki Tbilisi şəhərində olan komandamız həm fərdi həmdə komanda hesabında bir sıra müxtəlif miqyaslı müsabiqələrdə iştirak edib. Müsabiqələrdə iştirak etməkdə məqsəd 2019 İOİ (Beynəlxalq İnformatika Olimpadası) hazırlıq planına uyğun olaraq şagirdlərimiz səviyyələrini müəyyənləşdirmək, onların təcrübələrini artırmaq və hazırlıq prosesini daha intensivləşdirməkdən ibarətdir.

İnformatika Fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Barama sahibkarlıq və innovasiya mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı