2009 - İdeya sizdən - dəstək bizdən
 Bakıda " Blockchain Azərbaycan Konferensiyası 2018 " keçirildi.

Bakıda " Blockchain Azərbaycan Konferensiyası 2018 " keçirildi.

08 Dekabr 2018

Son aylarda dünya informasiya texnologiyasının döyünən ürəyinə çevrilən Blockchain texnologiyası yerli İT mütəxəssis və iqtisadçıların da geniş maraq dairəsinə çevrilib.

Geniş müzakirəyə səbəb olan Blockchain texnologiyası üzrə Bakıda dekabr ayının 7-də, PAŞA Bankın Baş Sponsorluğu və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilati dəstəyi ilə Blockchain Azərbaycan 2018 Konferensiyası keçirildi.

Bütün gün davam edən Konfransda beynəlxalq mütəxəssislər blockchain texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri haqqında öz bilik və təcrübələrini bölüşüblər.

Tədbir 3 hissədə davam edib:

1-ci hissə konferensiyada 3 beynəlxalq və 2 yerli mütəxxəsisin çıxışları ilə yekunlaşıb. 3 saat davam edən tədbirdə həm dövlət, həm özəl sektor nümayəndələri ilə yanaşı, blockchain texnologiyası ilə maraqlanan hər bir şəxs iştirak edib.

Burada Maliyyə Xidmətləri göstərən sənayeyə Blockchain texnologiyasının tətbiqi, Blockchain trendləri və standartlar, Blockchain texnologiyasının əmlak qeydiyyatına tətbiqi kimi mövzulara toxunulub.

2-ci hissə Blockchain Workshop; Waves Blokchain platformasının nümayəndəsi İnal Kardanov tərəfindən developer və maraqlı şəxslər üçün, Blockchain texnologiyasından istifadə edərək yeni həllər, smart kontraktlar və layihələrin yaradılması mövzusunda praktiki təlim keçirilmişdir.


3-cü hissə Networking Axşamı; Tədbir spikerləri, sponsorlar və VİP qonaqlar üçün nəzərdə tutulmuş axşam yeməyi ilə yekunlaşıb.

 

Waves Platforması, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Gold kateqoriyalı sponsorluğu, Portmanat və Cryptoyote Mərkəzinin Gümüş sponsorluğu, OneNet, Ticket Setup, Logix və İdeart şirkətlərinin sponsorluğu ilə tədbir 300-dən çox adamı qonaqlamışdır.

 

Oxşar Məlumatlar

Ustad – Appoll layihəsi "MilliNet 2018" müsabiqəsində 1-ci yeri tutaraq qalib olub.
26 Dekabr 2018
Ustad – Appoll layihəsi "MilliNet 2018" müsabiqəsində 1-ci yeri tutaraq qalib olub.
Ətraflı
Barama Regional Sahibkarlıq Konfransı uğurla başa çatdı.
25 Dekabr 2018
Barama Regional Sahibkarlıq Konfransı uğurla başa çatdı.
Ətraflı
“Azercell Telecom” şirkətinin dəstəyi ilə İnformatika fənni üzrə məktəblilərimiz Beynəlxalq Olimpiadada ölkəmizi uğurla təmsil ediblər.
18 Dekabr 2018
“Azercell Telecom” şirkətinin dəstəyi ilə İnformatika fənni üzrə məktəblilərimiz Beynəlxalq Olimpiadada ölkəmizi uğurla təmsil ediblər.
Ətraflı