2009 - İdeya sizdən - dəstək bizdən
Bakıda developerlərin yarışı - Barama HackDay 2016-a qeydiyyat başlandı.

Bakıda developerlərin yarışı - Barama HackDay 2016-a qeydiyyat başlandı.

03 Aprel 2016 Announcements

Developerlərin sözün əsl mənasında gecə-gündüz kod yazdığı yarışma - Hackathon Bakıda təşkil olunur.

 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən bu yarışda developerləri 36 saat yuxusuz, bol yeyib-içməkli və ən əsası kodlu saatlar gözləyir. Sonda 1 qalib komandanın seçiləcəyi yarışda iştirakçıların məqsədi 36 saat ərzində 0-dan resurs hazırlamaqdır.


10-11 Mart tarixlərində "Pyhton və web proqramlaşdırmanın əsasları” adlı təlimlə elan olunacaq yarışa, 12 Mart 09:00-da start veriləcək. 36 saat davam edən yarışma 13 mart 21:00-dax yekunlaşacaq.hackday2016.barama.az saytından qeydiyyat formunu doldurmaqla və sizə verilən sualları cavablandırmaqla Barama HackDay’a qoşula bilərsiniz.

Azercell’in baş sponsorluğu, PaşaBank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə laiq görülmüş komanda üzvləri Huawei şirkəti tərəfindən 3 ədəd Mate S ağıllı telefonu ilə mükafatlandırılacaq.

Yarış zamanı iştirakçıların qidaya olan təlabatı Pizza-Mizza restoranı tərəfindən ödənilir.

Tədbirin rəsmi informasiya dəstəyi http://technote.az informasiya portalıdır.

Hackathon nədir?

Hackathon müəyyən bir mövzu ilə bağlı developerlərin bir araya gəlib məhdud zaman ərzində komandalar şəklində rəqəmsal resurslar hazırladığı bütün dünyada məşhur olan yarışdır.

Developerlər üçün party sayılan bu tədbirin əsas məqsədi, yeni hacker yaxud developelərin tanış olmalarına, bu mədəniyyətin dərindən öyrənilməsinə və insanlara faydalı olacaq məhsulların istehsalına şərait yaratmaqdır.

Komanda

Yalnız 3 nəfərdən ibarət komanda şəklində HackDay'də iştirak edə bilərsiniz.

Vaxt

Komandaların hazır məhsulu ortaya çıxarmaları üçün cəmi 36 saat vaxtları olacaq. 12 Mart 09:00-da start götürəcək yarış 13 Mart 21:00-da başa çatacaq.

 

Nə etməli? 

 

Verilən 36 saat ərzində məhsul 0-dan hazırlanıb, başa çatdırlımalı və resursun münsiflərə çatdırılması üçün təqdimat hazırlanmalıdır.

 

 

 Təqdimat və Münsiflər 

 

Hackathon başa çatdıqdan sonra komandalar 5 dəqiqədən çox olmayaraq məhsullarının təqdimatını həyata keçirəcək və canlı səsverməyə təqdim edəcəklər.

Qiymətləndirmə 

 

Münsiflər heyyəti, yaradılan resursu innovativliyi, yazılma keyfiyyəti, dizaynı, təqdimatı, funksionallığı və faydalılıq meyarlarına əsasən qiymətləndirəcəklər.

Müəllif hüquqları. 

 

Yaradılacaq resursun müəllif hüquqları təmamilə resursu yaradan komanda yaxud şəxsə məxsus olacaq.

Ön hazırlıq 

 

Yaradılan resurs mütləq 36 saat ərzində 0-dan hazırlanmalıdır. Yarışın başlamasına 15 dəqiqə qalmış mövzu iştirakçılara təqdim olunacaq. Daha öncə hazırlanmış yaxud müəyyən bir mərhələyə qədər hazır gətirilmiş resurs HackatDay’a qatılmayacaq. Yarış gedişində qeyd olunan nüans aşkarlanarsa həmin komanda yarışdan kənarlaşdırılacaq. Lakin Hackathon’dan əvvəl məlumat əldə etmək, araşdırma aparmaq və "Pyhton və web proqramlaşdırmanın əsasları” seminarında iştirak etmək mümkündür. Hackathon zamanı istənilən proqramlaşdırma dilindən istifadə etməyə icazə verilir.

Proqramlaşdırma dili 

 

Hazırlanan web resursda istənilən proqramlaşdırma dilindən və texnologiyadan istifadə etmək mümkündür.

   Dİqqət!  

 

Web resursda istifadə olunan dizayn, video, qrafika yaxud hər hansı şəkil və s. materiallar müəllif hüquqlarını pozmamalıdır.

Qida təlabatı ödənilirmi?

36 saat ərzində PizzaMizza restoranın təklif etdiyi dadlı pizza, qəlyanaltılar, çay və energetik içkilər ixtiyarınızda olacaq.

Komputer 

  

Hackday zamanı öz komputerinizlə yarışda iştirak etməlisiniz.

Hədiyyələr. 

1-ci yer: Qalib komanda üzvləri Huawei şirkətinin yerli nümayəndəliyi Huawei Azərbaycan tərəfindən Mate S ağılı telefonu ilə mükafatlandırılacaqlar. Həmçinin 1-ci yeri tutmuş komanda üzvlərinə sertifikat təqdim olunacaq. 2-ci və 3-cü yer tutmuş komanda üzvlərinə sertifikat təqdim olunacaq.

 

 

Tədbirin baş tutacağı yer və tarix. 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi

Demirchi Tower, 18th Mərtəbə

10-13 Mart, 2016

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı