2009 - İdeya sizdən - dəstək bizdən

'Barama Final Demoday in qalibi məlum oldu

06 İyun 2017 Announcements

Yanvar ayından etibarən başlayan və 6 aydır davam edən proqram bugün keçirilən "Barama Final Demoday" ilə yekunlaşıb.

Azercell və PASHA Bank-ın dəstəyi ilə yaradılan "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi" , Yanvar ayında startaplar üçün yeni proqramını elan etmişdi. 6 ay ərzində müxtəlif mentorların da iştirakı ilə davam edən sürətləndirmə proqramında mərkəzin 10-dan çox startapı iştirak edib. 

Bugün baş tutan "Demoday"də həmin proqramda iştirak edən 10 startap dəvət olunmuş mütəxəssislər önündə təqdimatlarını ediblər. Telman Axundov, İmran Bağırov, "PASHA Bank"dan dəvət olunmuş Ceyhun Atayev və Anar Hüseynov mütəxəssis qismində startapları dəyəndiriblər.

Hər startapa təqdimat üçün 5 dəqiqənin ayrıldığı yarışda, əsas diqqət edilən meyar layihənin 6 ay ərzində qət etdiyi uğurlar, əldə etdiyi nailiyyətlər və ən əsası isə real qazanc göstəriciləri olub. 10 startapın uğurlu çıxışından sonra "Technote Media" bu il üçün ən çox uğur qazanmış və gələcək vəd edən layihələrdən biri olaraq qalib startap elan edilib.

Qeyd edək ki, qalib startap bu ilin iyul ayında Almaniyanın Berlin şəhərində keçiriləcək Avropanın məşhur texnologiya konfranslarından biri "Tech Open Air"ə startap qismində göndəriləcək. Qeyd edək ki, komandanın bütün xərcləri Azercell və PASHA Bank  tərəfindən qarşılanır.

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı