2009 - İdeya sizdən - dəstək bizdən
6-cı Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı

6-cı Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı

29 Noyabr 2018

 

 

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasının qalibləri bəlli olub.  Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən təşkil olunan sayca 6-cı Hackathon müsabiqəsində mütəxəssislər tərəfindən aparılan texniki dəyərləndirmənin ardından 28 noyabr tarixində baş tutan təqdimat və mükafatlandırma mərasimində iştirakçı komandalar yaratdıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Beləliklə müsabiqədə “AXON” komandası I yeri qazanaraq “Mirza AI”chat bot xidməti ilə  1500 AZN dəyərində hədiyyə kuponunu əldə edib. Müsabiqədə ” KLMZ” komandasi  layihəsi komandası II yerə layiq görülərək 900 AZN,  III  yerin sahibi "404 " komandası depozit təgdim edən mobil tətbiqetmə layihəsi ilə 500 AZN dəyərində hədiyyə ilə mükafatlandırılıb.

Qeyd edək ki, bu dəfəki müsabiqədə informasiya texnologiyalarının köməyi ilə müştəri məmnuniyyətinin artırılması, xidmətin operativliyi yönündə yeni  məhsullar və innovativ həllərin yaradılması gənc proqramçıların qarşısına məqsəd kimi qoyulub. 17 komandada təmsil olunan 45 iddialı proqramçı 36 saat ərzində fasiləsiz olaraq müsabiqədə iştirak edib. Qeyd edək ki, bu müddətdə bütün iştirakçılar PAŞA Sığorta tərəfindən tibbi sığorta ilə təmin olunub. Layihəyə media dəstəyi Technote Media Platform və Barama Media tərəfindən göstərilib.

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı