2009 - İdeya sizdən - dəstək bizdən
“Barama Graduation Ceremony” tədbiri baş tutub.

“Barama Graduation Ceremony” tədbiri baş tutub.

03 Avqust 2018

Azercell-in Barama mərkəzi növbəti məzunlarını yola salıb.

 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində “Barama Graduation Ceremony” tədbiri baş tutub. Tədbir Barama Mərkəzinin  PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi ikinci startap inkubasiya proqramının bağlanış mərasimi məqsədi daşımışdır. Belə ki, tədbir çərçivəsində artıq məzun olan, eləcə də, mərkəzdə fəaliyyətini davam etdirəcək startaplarla görüş keçirilmişdir.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin fəaliyyətindən və bu illər ərzində həyata keçirdiyi layihələrdən söz açaraq, 9 il ərzində Barama Mərkəzinin 70-dən çox startap layihəyə dəstək olduğunu, onlardan 45-nin uğurlu biznes qurduğunu, mərkəz tərəfindən reallaşdırılan layihələrin həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılandığını bildirib.

Tədbirdə həmçinin proqramı ən uğurla başa vurmuş startapın adı açıqlanmışdır. Belə ki, Barama İnkubasiya proqramını  keçərək  bugün məzun olan və  uğurlu şirkətə çevirilən Technote Media şirkəti ən uğurlu startap seçilib. Technote Media" - Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyidir. Barama Mərkəzində fəaliyyət göstərən zamanda bir çox uğurlara imza atan və ölkəmizi Web Summit, The Next Web, Cannes Lions və s. kimi texnologiya sahəsində keçirilən dünyanın ən nüfuzlu tədbirlərində təmsil edən ilk və yegənə media qurumu olmuşdur.

Məzun olan digər startaplar arasında müştərilərinə yerli istehsal hesabına hazırlanmış GPS izləmə cihazları və sistemi təklif edən Automaks, istifadəçilərə reklama baxmaqla pul qazanmaq, şirkətlərə isə reklam strategiyalarını daha effektiv həyata keçirməyə imkan verən, effektivliyi təmin etmək üçün müxtəlif texnologiyalardan istifadə edən mobil tətbiqin hazırlanmasını nəzərdə tutan BonAdve, elektron qan donorluğu platformasını hazırlayaraq qana ehtiyacı olan xəstələrin sürətli və effektiv formada donor tapmasını təmin edən e-Donor, istifadəçilərinə müəyyən büdcə daxilində səyahət planlaması imkanı yaradan Tripparo və sürücülərin sükan arxasında yuxulayaraq qəza şəraiti yaratmasının qarşısını alan innovativ eynəyin hazırlanmasını əhatə edən, həmçinin Azərbaycanı Seedstars 2017 qlobal startap müsabiqəsində təmsil etmiş WakeMeUp startapları olmuşdur.

Tədbirdə Baramada fəaliyyət göstərən və artıq məzun olan startaplar mərkəzin onların inkişafında müstəsna xidmətlərindən söz açaraq gənclərin öz innovativ fikirlərini həyata keçirməsi və uğur qazanması üçün mərkəzin lazım olan vəsait, resurs və biliklərlə tam təmin etdiyini vurğulayıblar. Mərasimin sonunda startaplara sertifikatlar və Azercell tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan biznes mühitində innovasiyaları artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirmək istiqamətində fəaliyyət göstərən Barama mərkəzinin məqsədi startapların öz bizneslərini qurmasına, innovativ xidmət göstərməsinə və yeni müştəriləri əldə etməsinə kömək etməkdir.

Oxşar Məlumatlar

“Startapçı həyatından bir gün” Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir
11 Oktyabr 2018
“Startapçı həyatından bir gün” Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir
Ətraflı
Barama “Gələcəyi qur"  layihəsində məktəblilərə dəstək oldu
05 Oktyabr 2018
Barama “Gələcəyi qur"  layihəsində məktəblilərə dəstək oldu
Ətraflı
İnkubasiya proqramına müraciət müddəti artırıldı!
05 Sentyabr 2018
İnkubasiya proqramına müraciət müddəti artırıldı!
Ətraflı