2009 - İdeya sizdən - dəstək bizdən
Barama Hackathon 2017 başladı!

Barama Hackathon 2017 başladı!

22 Aprel 2017 Announcements

Bir müddət əvvəl sizlərə elan etdiyimiz Azercell və Paşa Bank-ın baş sponsoru olduğu Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin təşkilatçılığı ilə keçirilən Barama Hackathon 2017-yə bugün saat 09:00 etibarilə start verildi.

0 komandanın iştirakı ilə başlayan Hackathon, 36 saat davam edəcək və iştirakçı olan mobil developerlər bu vaxt ərzində yatmadan mobil tətbiqlərini kodlaşdıracaqlar. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 25 aprel tarixində münsiflər heyətinə təqdim olunacaq və ilk üç yerin qalibləri Music Gallery, Azercell və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. "Barama Hackathon 2017”layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşıkeçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir.Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə"Özsut”restoranlar şəbəkəsi təmin edəcək.Bütün iştirakçılara uğurlar arzu edirik.

Oxşar Məlumatlar

İnkubasiya proqramına müraciət müddəti artırıldı!
05 Sentyabr 2018
İnkubasiya proqramına müraciət müddəti artırıldı!
Ətraflı
“Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb
31 Avqust 2018
“Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb
Ətraflı
“Barama Graduation Ceremony” tədbiri baş tutub.
03 Avqust 2018
“Barama Graduation Ceremony” tədbiri baş tutub.
Ətraflı