2009 - İdeya sizdən - dəstək bizdən
Barama İnnovasiya Mərkəzinin layihələri MilliNet 2012 qalibləri seçildilər

Barama İnnovasiya Mərkəzinin layihələri MilliNet 2012 qalibləri seçildilər

24 Dekabr 2012

9 dekabr 2012-ci il tarixində keçirilən "Millinet 2012" Milli İnternet Mükafatı Final mərasimində Barama İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Komandam.az layihəsi (www.komandam.az) asudə vaxt, idman və əyləncə nominasiyasında qalib olmuşdur! Bundan əlavə, ailə, uşaq və sağlamlıq nominasiyası üzrə Baramanın SAYAT layihəsi (www.sayat.az) 3-cü yerə layiq görülmüşdür.

Komandam.az layihəsinin yaradıcı heyəti: Əyyub Hacıyev, İskəndər Məmmədov, Ayaz Quliyev, Turqut Məmmədli.

Komandam.az futbol menecerlərinin oyunudur. Oyunun məqsədi insanlar arasında Azərbaycan futboluna olan marağı artırmaqdır. Əgər siz düşünürsünüz ki, sizin komandanızın heyətində başqa bir komandada olan oyunçu yer alsaydı, yaxud da komandanız hansısa oyunçusunu heyətdən çıxarıb başqa bir oyunçu ilə əvəz etsəydi daha uğurlu nəticələr əldə edərdiniz, onda komandam.az sizin oyununuzdur. Siz uğurlu komanda heyəti yığmaqla top menecerlər siyahısında yer ala bilərsiniz.

SAYAT layihəsin yaradıcısı: Teymur Kuseba

SAYAT İnteraktiv portalında təkcə bir neçə məqalə, maraqlı xəbərlər, müəllif yazıları, ekspert rəyləri və video dərslər deyil, həmçinin,həyat keyfiyyətinin yaxşılaşdırılmasına yardımçı olacaq istiqamətlər də yer alacaq. «SAYAT» layihəsi qısa müddətli prosedurlar deyil, yeni vərdişlərin inkişafı üçün yollar təklif edir. www.sayat.az internet səhifəsində yerləşdirilən materiallar aparıcı səhiyyə işçiləri və sağlam yaşayış sahəsində ekspertlər tərəfindən yazılır.

Bütün qaliblərimizi təbrik edirik!

Oxşar Məlumatlar

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.
14 İyun 2018
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.
Ətraflı
Azərbaycanın ən yaxşı startapı seçildi . Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi
08 İyun 2018
Azərbaycanın ən yaxşı startapı seçildi . Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi
Ətraflı
Uşaqlar üçün Proqramlaşdırma və İoT dərsləri keçirilib
01 İyun 2018
Uşaqlar üçün Proqramlaşdırma və İoT dərsləri keçirilib
Ətraflı