2009 - İdeya sizdən - dəstək bizdən
 Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi

13 Aprel 2019

 

 “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsrail Səfirliyi ilə birlikdə “TOM” (Tikkun Olam Makers) layihəsi çərçivəsində “Pre-TOM” tədbirini keçirib.  Əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirmək olan bu tədbirə mühəndislərin, dizaynerlərin, developerlərin və istehsalçıların da yer aldığı 50-dən artıq könüllü qatılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov salamlama nitqində layihənin cəmiyyət üçün əhəmiyyətindən danışdı və önəmli bir mərhələnin başlandığını bildirdi. İsrailin Azərbaycan Respublikasındakı Səfirinin müvəqqəti işlər vəkili Avital Rozenberq layihəyə maraq göstərən hər kəsə öz təşəkkürünü bildirdi və komandalara uğurlar arzuladı.

Daha sonra iştirakçılar komandalara bölünərək, 5 “TOM” tapşırığı (“çağırışı”) üzərində birlikdə çalışmağa başlayıblar. “SCHWATECH” MMC  və “Sumaks” əməkdaşları aparılan müzakirələrdə iştirak edib, texniki məqamlarla bağlı komandalarla öz fikirlərini bölüşüblər. Komandalar təxminən 1 ay ərzində müvafiq tapşırıq üçün həll yolu düzəltməlidirlər. Bu müddət ərzində  komandalara “SCHWATECH” MMC tərəfindən mentorluq dəstəyi göstəriləcək. Komandaların yekun məhsulları “TOM” tədbirində təqdim ediləcək və bütün ideyalar ictimaiyyətə açıq olacaq.

 

“Azercell Telekom” MMC, İsrail Səfirliyi və PAŞA Bankın baş sponsorluğu ilə həyata keçirilən layihənin tərəfdaşları sırasında “Regional İnkişaf” İctimai Birliyi (RİİB) , JOY Uşaq İnkişaf Mərkəzi, SOCAR AQŞ .

Qeyd edək ki, “TOM” gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri, developerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla birləşdirən qlobal icma hərəkatıdır. Layihə barədə ətraflı məlumat üçün TOM-un Azərbaycandakı və beynəlxalq veb saytından istifadə edə bilərsiniz:

http://tombaku.barama.az/

http://tomglobal.org/

Qeyd edək ki, Azercell və PAŞA Bankın dəstəyi ilə Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı